Icma.az
close
up
RU
Tramp türk ölkələri ilə saziş imzaladı: “Yeni neft” hansı metaldır?

Tramp türk ölkələri ilə saziş imzaladı: “Yeni neft” hansı metaldır?

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Avstraliya, Malayziya, Tailand və Yaponiya ilə strateji mineral ehtiyatlarla bağlı sazişlər əldə etdikdən sonra diqqətini Orta Asiyaya yönəldib. Noyabrın 6-da Vaşinqtonda ABŞ Prezidenti ilə Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan) liderləri arasında 5+1 formatında görüş keçirilib.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Vaşinqtondakı müzakirələrin əsas mövzusu ABŞ-ın Mərkəzi Asiyanın mineral ehtiyatlarına çıxış imkanları olub:

“Hazırda bu sahədə regionda əsasən iki oyunçu - Çin və Rusiya var. Buna baxmayaraq, Vaşinqton rəqabətdə geri qalmaq istəmir. Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Özbəkistan Prezidenti Şövkət Mirziyayev arasında saziş imzalanıb. Özbəkistanın yaxın üç ildə ABŞ iqtisadiyyatına yatıracağı investisiyaların həcmi 35 milyard dollar təşkil edəcək. Gələcək onillikdə bu rəqəmin 100 milyard dolları keçəcəyi açıqlanıb. Saziş aviasiya, kənd təsərrüfatı və informasiya texnologiyaları sektorlarını əhatə edir. ABŞ Qazaxıstan uranının nəqlinə də maraq göstərir. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Vaşinqtonda elan edib ki, ölkəsi “İbrahim sazişi”nə qoşulur. Vaşinqtonun hazırladığı saziş müxtəlif müsəlman ölkələrinin İsraillə tərəfdaşlıq münasibətlərini gücləndirməsini nəzərdə tutur. Bu, Trampın xarici siyasətdə növbəti uğuru sayıla bilər.

Vaşinqtondakı görüşdə Mərkəzi Asiyadan keçən Orta dəhlizin perspektivi də müzakirə olunub. Mərkəzi Asiya neft və qaz ehtiyatları ilə yanaşı, nadir torpaq metalları ilə də zəngindir. ABŞ üçün bu resursları nəql etmək strateji əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, Çin nadir torpaq metalları ixracına məhdudiyyətlər qoyduqdan sonra ABŞ-Çin münasibətlərində yeni gərginlik yaranıb. Hazırda Çin bu bazarın 70 faizini hasilat, 90 faizini emal, 93 faizini isə maqnit istehsalında idarə edir. Öz növbəsində Mərkəzi Asiya ölkələri nadir torpaq metallarını ABŞ-a nəql etməyə hazırdırlar. Vaşinqton eyni zamanda Orta Asiyadakı böyük volfram yataqlarına da maraq göstərir. Qazaxıstan Prezidenti Tokayev isə bu metalları “yeni neft” adlandırıb. Qazaxıstan 20 milyon tondan çox yeni nadir torpaq ehtiyatı aşkar etdiyini açıqlayıb. Təsadüfi deyil ki, ABŞ-ın Qazaxıstandakı səfiri Culi Staftın sözlərinə görə, ABŞ-ın ehiyac duyduğu nadir torpaq metallarının az qala yarısı çalışdığı ölkənin ərazisindədir.

Bu arada, Özbəkistan Prezidenti Mirziyayevin 500 milyon dollarlıq nadir torpaq layihələri elan etməsi də diqqəti çəkib. Bu rəqəmlər təsdiqlənərsə, Özbəkistan bu sahədə Çin və Braziliyadan sonra üçüncü yeri tutacaq. Mərkəzi Asiya ölkələri Vaşinqtonla siyasi və iqtisadi əlaqələri gücləndirməklə Çin və Rusiyanın bölgəyə təsir imkanlarını azaltmağı planlaşdırırlar.

Vaşinqton Mərkəzi Asiya ölkələri ilə 5+1 formatını 2015-ci ildə təsis edib. Ancaq Vaşinqton bu illərdə 5+1 formatı çərçivəsində hədəflərini tam müəyyənləşdirməmişdi. Donald Tramp ikinci dəfə Ağ Evə qayıtdıqdan sonra bu formatı gücləndirməyə qərar verib. Bunun Cənubi Qafqaza, o cümlədən Azərbaycana da faydası olacaq. Vaşinqtonun Mərkəzi Asiyadan idxal etməyi planlaşdırdığı məhsullar məhz Azərbaycan üzərindən nəql olunacaq. Buna görə də Tramp administrasiyası üçün 5+1 formatında görüşdən əvvəl Azərbaycanla Ermənistan arasında sülh sazişini paraflamaq və “Tramp yolu”nun anonsunu elan etmək vacib idi.

Aydındır ki, Moskva və Pekin Vaşinqtondakı sammiti və əldə olunan nəticələri analiz edəcəklər. Moskva və Pekin müxtəlif vasitələrlə Vaşinqtonun planlarına mane olmağa çalışacaqlar. Çin Mərkəzi Asiyanın resurslarına daha çox yiyələnmək üçün bölgə ölkələrinə əvvəlkidən daha münasib kreditlər təklif edəcək. Odur ki, ABŞ da Mərkəzi Asiya ölkələrinə yatırımları artırmağa məcburdur.

Mərkəzi Asiyanın resursları uğrunda mübarizəyə qoşulan daha bir istiqamət var. Avropa Birliyi də Mərkəzi Asiyanın resurslarından faydalanmağa çalışır. Təsadüfi deyil ki, son illərdə AB rəsmilərinin və birliyə daxil olan ölkə liderlərinin Mərkəzi Asiya dövlətlərinə səfərləri artıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 Noyabr 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see187

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see163

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see158

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see136

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see134

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see127

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri