Icma.az
close
up
RU
Tramp Türkiyədən gizli yolla qaçdığını ETİRAF ETDİ

Tramp Türkiyədən gizli yolla qaçdığını ETİRAF ETDİ

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp ötən ay NATO sammitində iştirak etdikdən sonra Türkiyədən uçmazdan əvvəl Məxfi Xidmətin göstərişlərinə əməl edərək təyyarəsini gizlicə dəyişdiyini bildirib.

Modern.az xəbər verir ki, Tramp CBS News müxbirinin sualına cavabında deyib ki, bu, Məxfi Xidmətin tövsiyəsi ilə baş verib.

"Mən sadəcə Məxfi Xidmətin və hərbçilərin göstərişlərinə əməl edirəm. Eyni təhlükəsizliyi təmin etmək üçün başqa bir reyslə, başqa təyyarə ilə uçmağımı istədilər, buna görə də onu etdim. Onlar nə deyirsə, onu da edirəm", — deyə o vurğulayıb.

İyulun 8-də Ankara hava limanında ABŞ prezidenti Tramp televiziya kameraları qarşısında köhnə “Air Force One” təyyarəsinə minib. Lakin bir neçə dəqiqə sonra o, aeroportda təyyarələrə yemək və digər ləvazimatların çatdırılması üçün istifadə olunan yük maşını vasitəsilə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus daha kiçik C-32A təyyarəsinə keçirilib. Bu addım İrandan mümkün sui-qəsd təhlükəsi ilə bağlı məlumat səbəbindən atılıb.
Çünki ABŞ kəşfiyyatı İran və onun havadarlarının Trampın Türkiyədən uçduğu təyyarəyə raket zərbəsi endirmək planı barədə etibarlı məlumat əldə etmişdi.

ABŞ xüsusi xidmət orqanları əməliyyatı jurnalistlərdən gizli şəkildə həyata keçirib. Prezidentin əsas təyyarəsində uçan media nümayəndələri onun həmin təyyarədə olduğunu düşünüblər.

Bu vaxt Tramp Pentaqonun rəhbəri Pit Heqsetlə birlikdə transponderləri söndürülmüş C-32A təyyarəsində uçub. Təyyarə “Reach 18” adlı diqqət çəkməyən hərbi çağırış siqnalından istifadə edib.

Tramp Böyük Britaniyadakı Mildenhall aviabazasına çatdıqdan sonra yenidən əsas təyyarəyə keçirilib. Daha sonra jurnalistlərin qarşısına təyyarənin xarici trapından çıxaraq bütün müddət ərzində “Air Force One”da olduğu görüntüsü yaradılıb.

Təhlükənin xarakteri ilə bağlı suala Tramp belə cavab verib: "Düşünürəm ki, real təhlükə var idi. Bu haqda çox da soruşmadım. Məni tez-tez hədələyirlər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Avqust 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri