Tramp üç ulduzu Hollivuda səfir təyin etdi FOTO
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-ın yeni seçilmiş prezidenti Tramp Hollivudu gün işığına çıxaracağına söz verib və üç aktyoru – Mel Gibson, Con Voight və Silvester Stalloneni Amerika kino sənayesinin paytaxtına səfir təyin edib.
Publika.az xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsində danışıb.
Üç aktyordan ən gənci, 2004-cü ildə “Məsihin ehtirası” adlı kult filmindəki "Nazaretli İsa" obrazı ilə tanınan Mel Gibson 69 yaşındadır. O, bu yaxınlarda Hollivudda baş verən yanğında evini itirib.
Trampın üç Hollivud ulduzundan ən böyüyü, Ancelina Colinin atası Con Voight 86 yaşındadır, lakin 2023 və 2024-cü illərdə çəkilən "A Mercy" və "Meqalopolis" filmlərində rol alaraq filmlərdə rol almağa davam edir. 1978-ci ildə aktyor "Evə qayıtmaq" filmindəki "Luke Martin" roluna görə "Oskar" alıb. 1999-cu ildə "Nuhun gəmisi" filmində də "Nuh" rolunu oynayıb..
78 yaşlı Silvestr Stallone “Rembo”, “Rokki” və “Kred” döyüş filmlərinin baş rol ifaçısı kimi tanınır. Aktyor filmlərdə də rol almağa davam edir: onun iştirakı ilə son filmi “Alarum” 16 yanvar 2025-ci ildə ekranlara çıxıb.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 17 Yanvar 2025 00:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















