Icma.az
close
up
RU
Tramp üçün təhlükə yarandı “F 16”lar dərhal havaya qaldırıldı

Tramp üçün təhlükə yarandı “F 16”lar dərhal havaya qaldırıldı

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Bedminsterdə qolf oynadığı vaxt həyəcan siqnalı verilib.

Belə ki, prezidentin yerləşdiyi bölgənin üzərində uçuş qadağasını pozan altı kiçik özəl təyyarə panikaya səbəb oldu. Hadisə dərhal ciddi təhlükə kimi qiymətləndirilib və F-16 qırıcıları təcili kodla havaya qalxıb.

ABŞ Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, təyyarələr Trampın olduğu ərazidə tətbiq edilən müvəqqəti uçuş qadağasını pozub. 

Məlumata görə, F-16-ların müdaxiləsi ilə təyyarələrdən biri birbaşa qarşısı alınaraq saxlanılıb, digərləri isə bölgədən uzaqlaşdırılıb. Hava məkanı qısa müddətlik tam bağlanıb. FAA isə pilotlara NOTAM qaydalarına əməl etməklə bağlı rəsmi xəbərdarlıq edib.

Trampın Bedminsterdə yerləşdiyi qolf klubu artıq sadəcə lüks istirahət məkanı deyil, eyni zamanda “risk zonası” kimi dəyərləndirilir. Son aylarda hava məkanına icazəsiz girişlərin artdığı bildirilir. Hər dəfə eyni ssenari ilə təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilir. ABŞ Hərbi Hava Qüvvələri isə belə halların qarşısını almaq üçün TFR (Müvəqqəti Uçuş Qadağası) qaydalarının məcburi olduğunu bir daha vurğulayıb.

Hadisə Trampın yaxın günlərdə Böyük Britaniyaya səfəri ərəfəsində baş verib. Prezidentin London ziyarəti zamanı Vindsor qalasında Kral Çarlzla görüşü gözlənilir. Bu səbəbdən İngiltərədə də misilsiz təhlükəsizlik tədbirləri həyata keçirilir. Vindsor ətrafında milyonlarla funt sterlinq dəyərində təhlükəsizlik əməliyyatı işə salınıb. Xüsusi hazırlıqlı polis dəstələri bölgəni gecə-gündüz yoxlayır. Trampın gəlişi öncəsi Vindsor ərazisi demək olar ki, hərbi düşərgəyə çevrilib.

Aylarla davam edən hazırlıqlardan sonra reallaşacaq görüş diplomatik baxımdan önəmli olduğu qədər, təhlükəsizlik istiqamətində də “qırmızı alarm” səviyyəsində qiymətləndirilir.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Sentyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri