Tramp üçüncü dəfə prezident seçilmək istəyir: planlarını açıqladı
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tramp üçüncü dönəm prezident seçilmək istəyini səsləndirərkən zarafat etmədiyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ lideri “NBC”yə müsahibəsində deyib.
“Mən işləməyi sevirəm. Zarafat etmirəm, lakin bu barədə düşünmək hələ tezdir. Bir çoxları mənim bunu etməyimi istəyirlər. Mən isə onlara bildirirəm ki, bizim hələ çox yolumuz var və bu barədə danışmaq hələ çox tezdir. Hələ ki bütün diqqətim hazırkı dövrdədir”, – Tramp bildirib.
Jurnalistin vitse-prezident Cey Di Vensin namizəd olması, seçkidə qalib gəlməsi və daha sonra postu Trampa təhvil verməsi ehtimalı barədə sualına isə prezidentin cavabı konkret olub:
“Bu da variantlardan biridir. Başqaları da var”, – o deyib.
Qeyd edək ki, 1947-ci ildə konstitusiyaya edilən düzəlişə əsasən, ABŞ prezidenti iki müddətdən artıq prezidentliyə namizəd ola bilməz.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 30 Mart 2025 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















