Tramp üçüncü dəfə prezidentliyə namizədliyi məsələsindən danışdı
Icma.az bildirir, Oxu.az portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp özünün üçüncü prezidentlik müddətinə namizədliyinin hipotetik olaraq irəli sürülməsi prosesini çox mürəkkəb adlandırıb.
Oxu.Az xəbər verir ki, bunu Ağ Ev rəhbəri "The Atlantic" jurnalına müsahibəsində deyib.
Jurnalistlər Amerika liderindən 2028-ci ilin prezident seçkisində özünün potensial iştirakının qanununiliyini araşdırmağı Ədliyyə Nazirliyinə tapşırıb-tapşırmadığını soruşublar.
Birləşmiş Ştatların dövlət başçısı buna əvvəlcə "yox" cavabını verib, lakin sonra belə bir imkanı mümkün hesab edib.
Qeyd edək ki, ABŞ Konstitusiyasına 1951-ci ildə qəbul edilmiş 22-ci düzəlişə əsasən, eyni şəxs iki dəfədən çox olmayaraq, dövlət başçısı seçilə bilər. Ölkədə növbəti prezident seçkisi 2028-ci ildə keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 28 Aprel 2025 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















