Icma.az
close
up
RU
Tramp Ukrayna ilə bağlı mövqeyini dəyişə bilər Zelenskinin “iki əsas üstünlüyü”

Tramp Ukrayna ilə bağlı mövqeyini dəyişə bilər Zelenskinin “iki əsas üstünlüyü”

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Vladimir Zelenski G7 Sammiti çərçivəsində ABŞ-dan daha geniş dəstək almağa və Donald Trampı Rusiya ilə müharibənin nizamlanması prosesinə daha aktiv qoşulmağa razı salmağa çalışır.

Bizimyol.info xəbər verir ki, Kiyev bu məqsədlə həm cəbhədəki vəziyyət, həm də Rusiya iqtisadiyyatının sanksiyalar və hərbi xərclər səbəbindən yaşadığı çətinliklərdən yeni arqumentlər kimi istifadə edir.

Ukrayna məsələsi sammitin əsas mövzularından birinə çevrilib. Zelenski Fransanın Evian şəhərində bir sıra Qərb liderləri ilə, o cümlədən Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keyr Starmer ilə görüşlər keçirib.

Analitiklərin fikrincə, Ukrayna tərəfi Trampa ölkənin döyüş meydanında uğur qazana biləcəyini və təşəbbüsü ələ alma potensialına sahib olduğunu göstərməyə çalışır. Trampın isə adətən güc nümayiş etdirən tərəflərə daha çox meyilli olduğu qeyd edilir. Bu səbəbdən Ukraynanın hərbi uğurlarının vurğulanması Ağ Evin mövqeyinə təsir göstərə bilər.

Eyni zamanda Rusiyanın iqtisadiyyatı üzərində artan təzyiqlər də Kiyev üçün əlavə üstünlük kimi qiymətləndirilir. Avropa İttifaqı isə Ukraynaya ən böyük maliyyə və hərbi dəstəyi göstərən tərəf olaraq prosesləri diqqətlə izləyir, həmçinin gələcək sülh danışıqlarında rolunu qorumağa çalışır.

Bununla belə, ekspertlər bildirir ki, Tramp diplomatik proseslərə şəxsən nəzarət etməyə meyllidir və bu, Avropa tərəfdaşlarının ABŞ-ı danışıqlara daha geniş formatda cəlb etmək səylərini çətinləşdirə bilər.

Zelenski G7 çərçivəsində Tramp ilə də görüşüb. ABŞ prezidenti görüşün “yaxşı keçdiyini” deyib və müharibənin mənasız olduğunu vurğulayaraq onun dayandırılması üçün çalışacağını bildirib.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 17 İyun 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see370

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see318

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see285

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see267

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see265

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see262

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see257

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see247

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see245

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see236

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see231

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see228

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see224

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see222

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see218

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see194

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri