Tramp Ukrayna münaqişəsinin həlli üçün göstəriş verdi və vaxt qoydu
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqa Ukrayna münaqişəsinə 100 gün ərzində son qoymağı tapşırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri məlumat verib.
Nəşrin qiymətləndirməsinə görə, Rusiya Prezidenti Vladimir Putinlə razılaşmanın imzalanması Trampın seçkiqabağı kampaniyasında prezident vəzifəsinə başlamazdan əvvəl münaqişəyə son qoyacağını dediyi zaman təqdim etdiyindən daha çətin iş olacaq.
Nəşrin mənbələrinin məlumatına görə, ABŞ-nin yeni lideri Ukrayna üzrə danışıqlar prosesinin gedişatına şəxsən özü nəzarət etmək niyyətindədir. Qəzetin Kelloqun keçmiş həmkarları arasından olan həmsöhbətləri iddia edirlər ki, onu müstəqil fiqur adlandırmaq olmaz, çünki o, tamamilə Trampın fikrindən asılıdır. Bu səbəbdən Kelloqun ABŞ və Rusiya arasında hər hansı real danışıqlara buraxılmayacağı iddia edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 22 Yanvar 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















