Tramp: Ukrayna NATO ya üzv olmayacaq, Rusiya ilə razılaşmalıdır
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Ukraynanın NATO-ya üzv ola bilməyəcəyini və Rusiya tərəfindən ilhaq edilən ərazilərin geri qaytarılması cəhdlərindən imtina etməli olduğunu açıq şəkildə bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp Kiyevi Moskva ilə danışıqlara məcbur edib və Ağ Evdə baş tutan mübahisədən sonra Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-dan “ciddi təhlükəsizlik zəmanəti” istəməməli olduğunu anlayıb.
"The New York Times" yazır ki, Tramp Moskva və Vaşinqtonun Ukrayna məsələsində razılaşması üçün 50 günlük müddət müəyyən edib. Analitiklər bu müddəti “qətiyyət yox, səbirsizlik” kimi dəyərləndirirlər və ehtimal edilən nəticələrin qeyri-real olduğunu vurğulayırlar.
Xəbərdə, həmçinin bildirilir ki, Tramp gələcəkdə Ukraynaya hərbi və kəşfiyyat dəstəyini ya davam etdirəcək, ya da tamamilə dayandıraraq münaqişədən çəkiləcək. İkinci ssenarinin Kiyev üçün ciddi təhlükələr doğura biləcəyi qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 22 İyul 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















