Tramp Ukrayna və Rusiyaya qarşı sanksiya və rüsumlardan danışıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı bir sıra yeni açıqlamalar verib.
APA xəbər verir ki, xüsusilə o, təkcə Rusiyaya deyil, həm də Ukraynaya qarşı sanksiyalar və rüsumların tətbiqi imkanlarından danışıb.
"Zelenski də tamamilə günahsız deyil. Tanqoya iki nəfər lazımdır" deyən Tramp, hazırda Ukrayna prezidenti ilə yaxşı münasibətdə olduğunu bildirib.
"Hər həftə əsasən də gənclər olmaqla minlərlə insan ölür. Əgər sanksiyalar tətbiq etməklə və ya Rusiyaya, Ukraynaya və ya kiməsə baha başa gələcək çox böyük rüsumlardan istifadə etməklə bunun qarşısını ala bilsəm bu, yeddi müharibəni dayandırdım deməkdir", - Tramp deyib.
Tramp həmçinin Ukrayna prezidenti Volodimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirməyə çalışacağını bildirib.
"Hər ikisini eyni anda bir araya gətirməliyəm. Amma bunun bitməsini istəyirəm. İqtisadi sanksiyalarımız var. Mən iqtisadi deyirəm, çünki biz dünya müharibəsinə girməyəcəyik", - Tramp vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 27 Avqust 2025 03:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















