Tramp Ukraynada “Starlink“in zəifləməsində iştirakını inkar edib
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun "Starlink" peyk internet xidmətinin hərbi versiyası olan "Starshield"in işinin yubanmasında iştirakını təkzib edib.
Moderator.az-ın məlumatına görə, Amerika lideri bu barədə Ağ Evin Cənub çəmənliyində jurnalistlərlə söhbətində açıqlamada verib.
"Bilmirəm, bunu kim edə bilərdi, çünki bunu edən mən deyildim. Düşünmürəm ki, bunu edən İlon (Mask) idi. Anladığım qədəri ilə hər şey əvvəlki kimi qalır", - o deyib.
Bir gün əvvəl "Reuters" mənbələrə istinadən bildirib ki, Ukrayna Ordusu üçün "Starlink" xidməti Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb. Məhdudiyyətlər Ukrayna Ordusunun hərbi bölmələri və qərargahları arasında rabitədə fasilələrə və internet sürətinin azalmasına səbəb olub və hərbi əməliyyatlara mane olub.
İlon Mask daha əvvəl "X"də yazıb ki, "Starshield" üçün məhdudiyyətlər ABŞ Ordusu və ya Prezident tərəfindən müəyyən edilir, çünki sistem Amerika hökumətinə məxsusdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 16 Oktyabr 2026 23:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















