Tramp: Ukraynadakı münaqişə Kiyevin ərazi itkiləri ilə başa çatacaq
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynadakı münaqişəyə son qoyulması Kiyevin ərazi itirməsi demək olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri "Fox News" telekanalına müsahibəsində bildirib.
"Putin mütləq nə isə əldə edəcək, axı onlar döyüşüblər", - deyə Tramp Ukraynanın ərazi itkiləri ilə bağlı suala cavab verib.
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail ola biləcəyinə əminlik ifadə edib. O qeyd edib ki, ABŞ və Rusiyanın ticarət üçün əla potensialı var.
"Düşünürəm ki, biz Rusiya ilə vəziyyəti həll edə bilərik. Bu, asan deyil. Müharibə var, lakin ticarət üçün də əla potensial var", - o əlavə edib.
Tramp, həmçinin Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətdə olduğunu bir daha təkrarlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 19 Oktyabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















