Icma.az
close
up
RU
Tramp Ukraynanın hansı şərtlər daxilində qalib gələ biləcəyini açıqlayıb

Tramp Ukraynanın hansı şərtlər daxilində qalib gələ biləcəyini açıqlayıb

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən sonra Ukraynanın NATO-nun köməyi ilə Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərini geri ala biləcəyini deyib.

APA xəbər verir ki, o, bu barədə öz “Truth” hesabında məlumat verib.

"Ukrayna və Rusiyadakı hərbi-iqtisadi vəziyyəti və bunun Rusiya üçün səbəb olduğu iqtisadi problemləri nəzərdən keçirib tam başa düşəndən sonra hesab edirəm ki, Ukraynanın Avropa İttifaqının dəstəyi ilə döyüşmək və bütün Ukraynanı öz orijinal formasına qaytarmaq üçün hər cür imkan var. Vaxt keçdikcə Avropanın, xüsusən də NATO-nun səbri və maliyyə dəstəyi ilə müharibədən əvvəl mövcud olan sərhədləri bərpa etmək niyə tamamilə mümkün deyil?" ABŞ prezidenti yazıb.

Tramp qeyd edib ki, Rusiya üç il yarımdır mənasız müharibə aparır. Bu müharibəni real hərbi qüdrətlə bir həftədən az müddətdə qazanacaqdı. Bu, ölkənin nüfuzunu artırmır, əksinə onu “kağız pələng”ə bənzədir.

ABŞ prezidenti əlavə edib ki, Moskva və Rusiyanın digər iri şəhər və rayonlarının sakinləri əsl vəziyyəti, ən çox resursların Ukrayna ilə mübarizəyə xərcləndiyi müharibə iqtisadiyyatının digər problemləri haqqında öyrənəcəklər.

O, həmçinin qeyd edib ki, Ukrayna yüksək əhval-ruhiyyəyə malikdir və getdikcə güclənir ki, bu da Rusiyanın zəifliyini daha da nümayiş etdirir.

"Ukrayna hökuməti öz ölkəsini ilkin formasına qaytara bilər və kim bilir, bəlkə də daha da irəli gedə bilər. Putin və Rusiya böyük iqtisadi sıxıntı içindədir və indi Ukraynanın hərəkətə keçmə vaxtıdır. Hər halda, mən hər iki ölkəyə ən yaxşısını arzulayıram. Biz NATO-nu silahla təmin etməyə davam edəcəyik ki, NATO onlarla istədiyini edə bilsin. Hər kəsə uğurlar!", - Tramp əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 Sentyabr 2025 00:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri