Icma.az
close
up
RU
Tramp UkraynaRusiya arasında sülh vasitəçiliyini üstlənib, ABŞın maraqlarına uyğun nəticə axtaracaq

Tramp UkraynaRusiya arasında sülh vasitəçiliyini üstlənib, ABŞın maraqlarına uyğun nəticə axtaracaq

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinin həllində “kiçik irəliləyiş” haqqında təfərrüat olmadan danışıb. Tramp bu məsələdə Putin və Zelenski ilə əlaqə saxlamaq niyyətində olduğunu bildirib. Donald Trampın sözlərinə görə, Kiyev Moskva ilə sülh əldə etməyə çalışır və indi o, bununla bağlı Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamağa hazırlaşır.

Tramp Volodimir Zelenskini müharibəni bitirmək üçün “müqavilə bağlamağa” hazırlaşmağa çağırıb. Donald Tramp Co Bayden administrasiyasının Ukraynaya Amerika silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirməsinə icazə vermə qərarını səhv və axmaqlıq adlandırıb və buna yenidən baxa biləcəyini bildirib.

Kiyevin Moskva ilə sülh naminə ərazisinin bir hissəsini qurban verməli olub-olmayacağı sualına Tramp cavab verib ki, bilmirəm. "Oranın əksər hissəsində bir dənə də olsun tikili yoxdur. İnsanların qayıtmağa yeri yoxdur. Yalnız xarabalıqlar var", - Tramp əlavə edib. "Bu, iyrəncdir. Heç kimin görmədiyi sayda insanlar öldürülür. Bilirsiniz, ərazilər çox düzdür. Və gülləni dayandıran yeganə şey bədəndir, insan bədənidir. Həm də hər iki tərəfədn öldürülən əsgərlərin sayı astronomikdir. Mən heç vaxt belə bir şey görməmişəm"-deyən Donald Tramp Ukraynada davam edən döyüşlərə münasibət bildirib.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Tramp ilk iş günündən 2005-ci ilin yayına kimi Rusiya Ukrayna arasında atəşkəsə nail olunması, sülh müqaviləsinin bağlanması istiqamətində çalışacaq.

Məhəmməd Əsədullazadə

“Hər iki tərəflə danışıqlar aparılacaq. Putin daha ağır şərtlərlə çıxış edərsə, Tramp Ukraynanı daha da silahlandıracaq. Amma tərəflər arasında çox ciddi şəkildə danışıqlara gediləcək. Həm Rusiya, həm Ukrayna ilə eyni şərtlər ortaya qoyulacaq. Bu şərtlər Ukrayna tərəfinin maraqlarına uyğun olacaq. Rusiya tərəfi bunları qəbul etməsə, daha da kəskin mövqe tutarsa, təbii ki, ABŞ Ukraynanı daha da silahlandıracaq və Rusiyaya qarşı çox ciddi şəkildə təzyiqlər həyata keçirəcək”-deyən politoloq hesab edir ki, sülh şərtləri hazırdır və tərəflər arasında çox qızğın işlər gedir.

“Tramp hələ fəaliyyətinə başlamamış Rusiya və Ukraynayla işləməyə başlayıb və indidən dünya siyasətinə artıq müəyyən təsir göstərməyə çalışır. Ukraynanın tamam məğlub durumda olmasını Donald Tramp qəbul etməyəcək. Burada ABŞ və Ukraynanın maraqları üstün tutulacaq”-deyə Məhəmməd Əsədullazadə bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Dekabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri