Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Tramp Ukraynaya dəstəyi davam etdirəcək və NATO dan çıxmayacaq Polşa generalı

Tramp Ukraynaya dəstəyi davam etdirəcək və NATO dan çıxmayacaq Polşa generalı

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Tramp ultrasağçıları müdafiə edən İlon Maskı dəstəkləməkdənsə, onu Marsa göndərər..."

Tramp Ukraynaya dəstəyi dayandırmayacaq, münaqişə hələ uzun müddət davam edəcək və onu Tramp həll etməyəcək.

Moderator.az xəbər verir ki, bu barədə Polşa Quru Qoşunlarının sabiq komandanı general Valdemar Skşipçak "Fakt" nəşrinə bəyan edib.

Dünyanın diqqəti ABŞ-a yönəlib. Donald Tramp yenidən Ağ Evə qayıdıb və inauqurasiya mərasimində bir neçə səs-küylü bəyanat verib. Bəziləri onun prezidentliyinə ümid və həvəslə baxır, digərləri isə öz narahatlıqlarını gizlətmir. Bir çoxları isə xüsusilə İlon Maskın davranışlarından narahatdır, o, Avropanın ultrasağçılarını fəal şəkildə dəstəkləməyə başlayıb. Polşanın hansı siyasətçiləri ABŞ-ın dəstəyinə ümid edə bilər?

Donald Tramp inauqurasiya çıxışında bir neçə mühüm mövzunu diqqətdən kənarda qoyub. Bunlardan biri  Ukraynadakı münaqişənin taleyidir və bu, Polşa və onun təhlükəsizliyi üçün xüsusilə vacibdir. Lakin çıxış zamanı biz nə "Rusiya", nə "Ukrayna", nə "Avropa", nə də "NATO" kimi ifadələri eşitmədik. Bu, planlaşdırılmış bir addım ola bilərdimi?

"Tramp NATO-dan çıxacaq? Bu, bir anlaşılmazlıqdır..."

Yeni prezidentin çıxışında NATO mövzusunun nəzərə alınmaması ABŞ-ın Alyansdakı iştirakını zəiflətmək niyyətinə işarədirmi? Nəşr general Valdemar Skşipçaka bu barədə sual ünvanlayıb.

"Mənim fikrimcə, Tramp NATO-dan imtina etməyəcək. Bəzi ekspertlərimizin ABŞ-ın NATO-dan çıxacağını proqnozlaşdıran fikirləri iki səbəbə görə anlaşılmazlıqdır", - general bildirib. "Birincisi, Tramp Alyansa ehtiyac duyur. Əgər NATO-dan çıxsaydı, Alyansın dəstəyindən məhrum olaraq öz məqsədlərini reallaşdırmaq üçün lazım olan potensial və imkanlara sahib ola bilməzdi. İkincisi, Qərbi Avropa ölkələrinin dəstəyi xüsusilə əhəmiyyətlidir, çünki bu ölkələr təkcə hərbi deyil, həm də iqtisadi cəhətdən güclüdür. Bu ölkələrlə əməkdaşlıq vacibdir və mən Trampın bundan imtina edəcəyini düşünmürəm", - general əlavə edib.

General qeyd edib ki, Tramp NATO-nun güclü və həmrəy bir təşkilat olmasını istəyir. "O, NATO-nun güclənməsi üçün üzv ölkələrin töhfələrini artırmağa çalışacaq, lakin eyni zamanda daxildə daha birləşmiş bir qurum olmasına üstünlük verəcək. O, Orban və Fitso kimi siyasətçilərə nizam-intizam çağırışı edəcək, əks halda onları Alyansdan uzaqlaşdıracağıq. Rusiya təhlükəsi şəraitində NATO-da anarxiyaya yer yoxdur. Trampın komandası bunu bilir", - general vurğulayıb.

"O, böyük ehtimalla, Maskı Marsa göndərəcək..."

Donald Tramp noyabr ayında prezidentliyə başladıqdan sonra Ukraynadakı hərbi münaqişəni 24 saat ərzində həll edəcəyinə söz vermişdi. Lakin general Skşipçakın fikrincə, ABŞ hərbi dəstəyi dayandırmayacaq. "Putin başa düşür ki, Tramp Ukraynaya dəstəyi dayandırmayacaq, çünki bu, Avropa və NATO-nun təhlükəsizliyi üçün həlledici əhəmiyyətə malikdir. Putin münaqişənin Rusiya üçün çox ağır yük olduğunu anlayaraq onu dayandırmağa məcbur olana qədər Tramp bu dəstəyi davam etdirəcək", - o, bildirib.

General həmçinin bəzi siyasətçilərin Trampın dəstəyindən məhrum olacağını bildirib. "Polşa siyasətçilərindən faşistləşmə və ya sovetləşmə meyllərinə rəğbət bəsləyənlər Trampın dəstəyinə ümid etməməlidir. O, nə Polşada, nə də Avropa İttifaqında bu cür prosesləri dəstəkləmir", - general vurğulayıb. "İlon Mask kimi bəzi məsləhətçilərin Trampa belə qruplarla əməkdaşlıq təklif edə biləcəyinə rəğmən, Tramp bunu qəbul etməkdənsə, böyük ehtimalla, Maskı Marsa göndərər, - general əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:271
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Yanvar 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see290

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see284

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see272

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see267

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see267

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see263

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see259

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see258

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see252

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see236

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see235

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see232

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see227

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see226

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see225

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see225

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see221

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see220

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri