Icma.az
close
up
RU
Tramp Ukraynaya kömək etmək istəmir və NATO da görmür The Washington Post

Tramp Ukraynaya kömək etmək istəmir və NATO da görmür The Washington Post

Icma.az bildirir, Anews portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp Ukraynaya daha çox yardım göstərmək və ya ora Amerika qoşunlarını göndərmək niyyətində deyil. O, həmçinin Ukraynanın NATO-ya qəbul edilməsinə qarşıdır. Bu barədə The Washington Post qəzetinin Avropa məsələləri üzrə şərhçisi Li Hokstedter yazıb.

Hokstedterin sözlərinə görə, mümkün atəşkəsin təmin edilməsi və Ukraynanın təhlükəsizliyinin qorunması – yəni Moskvanın neoimperial ambisiyalarını nəzərə alsaq, sülhün mənasız olmaması üçün əsas şərtlər – Trampın fikrincə, Avropanın problemidir.

"Bir tərəfdən, bu məntiqlidir, çünki bir çox avropalı Rusiyanın Ukraynaya müharibəsini varlıq üçün təhlükə kimi qəbul edir, amerikalıların isə çox az hissəsi belə düşünür. Buna görə də, The Wall Street Journal-ın məlumatına əsasən, Trampın atəşkəs razılaşmasından sonra Avropa qoşunlarının Ukraynada yerləşdirilməsini təklif etməsi, Ukrayna suverenliyini qorumaq və gələcək Rusiya hücumlarının qarşısını almaq baxımından məntiqli görünə bilər", –  müəllif qeyd edir.

Lakin Almaniyanın təhlükəsizlik məsələləri üzrə analitiki Yan Texau bildirir ki, Tramp öz məqsədinə – üç ilə yaxın davam edən bu dağıdıcı müharibəni bitirməyə – mane ola bilər.

"Tramp avropalıları öz ordularına daha çox vəsait ayırmağa və təhlükəsizlik məsələlərində daha böyük məsuliyyət götürməyə çağırır. Amma onun indi tələb etdikləri məqbul çərçivədən kənara çıxır. Avropalıları Rusiya qoşunları ilə birbaşa qarşıdurma riski altına salmaq, son onilliklərdə ABŞ prezidentinin müttəfiqlərindən irəli sürdüyü ən çətin tələb olardı", – Hokstedter bildirir.


Zelenski: Ukraynanın müdafiəsi üçün 200 min Avropa əsgəri lazımdır

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, gələcək Rusiya hücumlarının qarşısını almaq üçün Kiyevin öz qoşunlarına əlavə olaraq ən azı 200 min Avropa əsgəri lazımdır.

"Bu, olduqca böyük bir qüvvədir və Avropa bu qoşunu indiki şəraitdə toplaya bilməz", –  müəllif qeyd edir.

"Hətta ən aşağı hesablamalar – yəni 40-50 min Avropa quru qoşunu belə – Britaniya da daxil olmaqla bir çox ölkəyə ciddi yük yaradacaq, çünki bu dövlətlərin silahlı qüvvələri tarixi minimuma qədər azalıb və ya demək olar ki, o həddə çatıb", – Hokstedter əlavə edir.

Eyni zamanda Avropa rəsmiləri Ukraynanın müdafiəsi üçün birgə qüvvələr yaratmaq barədə danışıqlara başlayıblar. Mümkün ssenarilər arasında Britaniya, Fransa, Niderland, Skandinaviya və Baltikyanı ölkələrdən ibarət qarışıq bir qüvvənin yaradılması da var.

Müəllif qeyd edir ki, Avropa Ukraynadakı müharibəni təkbaşına dayandıra bilməz və eyni zamanda ABŞ da Avropa qoşunları olmadan uğur qazana bilməz.

"Lakin Tramp avropalı müttəfiqləri ruhlandırmaq və Vaşinqtonun onların arxasında dayandığını göstərmək əvəzinə, onlara qarşı aqressiv ritorika və təzyiqlərlə çıxış edir",  müəllif yazıb.

Məqalədə həmçinin qeyd olunur ki, Trampa yaxın bir fiqur kimi qəbul edilən Elon Musk Avropanın əsas müttəfiqlərinə qarşı açıq müdaxilə və saymazlıq nümayiş etdirir. Musk Ukraynanı müdafiə edəcək istənilən qüvvəyə qarşı ən çox müqavimət göstərəcək radikal Avropa siyasi partiyalarını açıq şəkildə dəstəkləyir.

Trampın başqa seçimi varmı?

Məqalədə qeyd edilir ki, Trampın başqa bir variantı da var – Avropa qüvvələrinin təmin edəcəyi atəşkəs əvəzinə, o, sadəcə olaraq Ukraynadan geri çəkilə və hərbi yardımı dayandıra bilər.

"Lakin bu, Ukraynanı Trampın Əfqanıstanına çevirə bilər. Həmçinin bu addım Çin və digər rəqiblər üçün Vaşinqtonun zəifliyinin açıq siqnalı olar", –  məqalə müəllifi bildirib. 

N.Təbrizli


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://anews.az
archiveBu xəbər 31 Yanvar 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri