Icma.az
close
up
RU
Tramp Ukraynaya qarşı sanksiyalardan danışdı: Tanqo üçün ikisi gərəkdir

Tramp Ukraynaya qarşı sanksiyalardan danışdı: Tanqo üçün ikisi gərəkdir

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni bəyanatlar verib. 

Qaynarinfo xəbər verir ki, o, yalnız Rusiyaya deyil, həm də Ukraynaya qarşı sanksiyalar və rüsumların tətbiqi ehtimalından söz açıb.

"Zelenski də tamamilə günahsız deyil. Tanqo üçün ikisi gərəkdir”, deyə o, jurnalistlərlə söhbətində bildirib və hazırda Ukrayna prezidenti ilə münasibətlərinin yaxşı olduğunu əlavə edib.

"Həftəlik minlərlə, əsasən də gənc insanlar ölür. Əgər mən bunu sanksiyalar tətbiq etməklə və ya Rusiyaya, Ukraynaya, yaxud kiməsə baha başa gələcək çox böyük rüsumlarla qarşısını ala bilirəmsə... Mən yeddi müharibəni dayandırmışam”, deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, məqsədi Ukrayna prezidenti Volodimir Zelenski ilə Vladimir Putini bir araya gətirməkdir:

"Mən onların hər ikisini eyni vaxtda bir yerdə görməliyəm. Mən istəyirəm ki, hər şey bitsin. Bizim iqtisadi sanksiyalarımız var. Mən iqtisadiyyatdan danışıram, çünki biz dünya müharibəsinə qarışmaq fikrində deyilik”, deyə ABŞ prezidenti vurğulayıb.

Tramp ümid edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini "çox tez” həll etmək mümkün olacaq:

"Qəti nəticələr yoxdur, amma ümid edirəm ki, biz Qəzza ilə bağlı problemləri, eləcə də Ukrayna və Rusiya məsələsini çox tez həll edəcəyik”.

Eyni zamanda o, ABŞ-ın Ukraynaya hərbi yardım göstərən NATO müttəfiqlərinə silah tədarükünü artıracağını açıqlayıb. Jurnalistin "Rusiyada deyirlər ki, Putin Zelenski ilə razılaşma imzalamayacaq, çünki onu "legitim” hesab etmir” sözlərinə isə Tramp belə cavab verib: "Onların nə dediyi önəmli deyil. Bunların hamısı boş söhbətdir. Sadəcə hamı özünü göstərməyə çalışır”.

Vaşinqton isə müharibədən sonra Ukraynanın təhlükəsizliyini təmin etmək üçün "strateji alətlər” təqdim etməyə hazır olduğunu bildirib. Buraya müşahidə və kəşfiyyat texnologiyalarının (ISR) istifadəsi də daxildir.

Bu arada "The Hill” Putinin Ukrayna ilə müharibəni dayandırmayacağına dair 5 səbəb göstərib. Bunların arasında – Rusiyanın Ukraynanın dövlət kimi məhv edilməsinin zəruri olduğuna inanması və Putinin yaxşı başa düşdüyü daha bir məqam var: müharibədən qayıdacaq əsgərlər onun rejimini devirməyə cəhd göstərə bilərlər.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Avqust 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see294

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see292

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see252

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see150

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see145

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see125

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see124

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see122

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri