Icma.az
close
up
RU
Tramp Ukraynaya Rusiyaya qarşı uzun mənzilli zərbələr endirməyə icazə verib

Tramp Ukraynaya Rusiyaya qarşı uzun mənzilli zərbələr endirməyə icazə verib

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Ukraynaya Rusiyaya qarşı uzaqmənzilli zərbələr endirmək səlahiyyəti verib.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq "Fox News" telekanalında bildirib.

“Düşünürəm ki, onun dediklərinə, eləcə də vitse-prezident Vens və katib Rubionun açıqlamalarını ətraflı araşdırdıqdan sonra cavab bəli olacaq. Uzaq məsafədən zərbə endirmək qabiliyyətindən istifadə etmək lazımdır. “Müqəddəs ərazi” anlayışı artıq keçərli deyil”, – deyə o qeyd edib.

Kelloqun sözlərinə görə, ötən həftə Ukrayna prezidenti Vladimir Zelenski Trampdan məhz bu cür zərbə imkanını təmin edə biləcək “Tomaqavk” raketlərinin verilməsini istəyib.

ABŞ-ın bu raketləri Ukraynaya təhvil verib-verməyəcəyi ilə bağlı suala isə belə cavab verib: “Bu barədə hələ qərar verilməyib.”

Xatırladaq ki, şənbə günü, sentyabrın 27-də Ukrayna prezidenti Vladimir Zelenski Moskvada elektrik enerjisinin kəsilə biləcəyini bəyan edib.

Onun sözlərinə görə, əgər Rusiya Kiyevdə işıqların kəsilməsi ilə hədələyirsə, Kreml bilməlidir ki, eyni vəziyyət Moskva üçün də keçərli olacaq:

“Əgər onlar Ukrayna paytaxtında elektrik enerjisinin verilməsini dayandırmaqla təhdid edirlərsə, Kreml anlamalıdır ki, Rusiya paytaxtında da işıqlar sönəcək. Bu, prezident Trampla müzakirə etdiyimiz məsələlərdən yalnız biridir”, – deyə Zelenski vurğulayıb.

O, ruslara sivil və zəif dövlətlər arasındakı fərqi anlamağı tövsiyə edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Sentyabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri