Icma.az
close
up
RU
Tramp ÜST ü alt üst ETDİ Təşkilat kimlərin əlində ALƏTDİR?

Tramp ÜST ü alt üst ETDİ Təşkilat kimlərin əlində ALƏTDİR?

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ümumdünya Səhiyyə Təşkilatının başı üzərini qara buludlar alıb. Bəzi ölkələr qurumla əməkdaşlığı dayandırmaq qərarına gəlib. İlk təşəbbüskar isə ABŞ Prezidenti Donald Trampdır. O bu günlərdə Birləşmiş Ştatlatın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması haqqında fərman imzalayıb.
Amerika lideri bu addıma səbəb kimi, ötən prezidentlik dövründə təxminən 350 milyon əhalisi olan ABŞ-nin ÜST-ə üzvlüyünün 500 milyon dollar, əhalisi 1,4 milyard dollardan çox olan Çinin isə təxminən 39 milyon dollar ödədiyini göstərib.

MÖVZU İLƏ BAĞLI:
Tramp ABŞ-ın ÜST-dən çıxması ilə bağlı QƏRAR VERDİ - VİDEO


“Mənə elə gəldi ki, bu, bir az ədalətsizdir. Səbəb bu deyildi, amma mən ÜST-dən ayrıldım”, - Tramp deyib. Əgər Tramp öz qərarında qətiyyətli olsa, o zaman ABŞ-ın 22 yanvar 2026-cı ildə ÜST üzvlüyünü dayandıracaq.
Qeyd edək ki, Tramp ilk prezidentliyi dövründə də ÜST-ü sərt tənqid edən açıqlamalar vermişdi. Hətta 2020-ci ilin aprelində ABŞ-ın qurumdan çıxmasını istəmişdi. Lakin həm pandemiya, həm də ABŞ-dakı yeni prezident seçkiləri Trampın bu planını pozdu. Lakin bu dəfə Tramp daha qətiyyətlidir.
Baş katib təvişdə
Bundan ciddi narahatlıq keçirən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünya liderlərindən ABŞ prezidenti Donald Trampın ölkəni təşkilatdan çıxarmaq qərarını ləğv etmək üçün Vaşinqtona təsir göstərmələrini xahiş edib.
Amma, Qebreyesusun xahişi ünvanlara çatmamış daha bir bəyanat Argentinadan gəlib.
Argentina da ÜST-ə “yox” deyir.
Argentina prezidenti Xavyer Miley ölkəsinin ÜST-dən çıxması barədə göstəriş verib. Onun sözlərinə görə, qərar keçmiş prezident Alberto Fernandezin administrasiyası zamanı ortaya çıxan səhiyyə idarəçiliyindəki qanunsuzluqlara əsaslanır.

Bu isə ÜST-ı pat vəziyyətinə salıb. Çünki bir-birinin ardınca iki böyük dövlətin ÜST-dən çıxmaq qərarı heç də yaxşı hal deyil. Nəzərə alaq ki, ABŞ ÜST-in ən böyük maliyyəçisidir.
ÜST niyə və nə üçün yaradılıb?
Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biridir. Təşkilat 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılıb. Təşkilata üzv dövlətlərin sayı 194-dür. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır".
Təşkilatın büdcəsi necə formalaşır?
Təşkilat üzvlük haqları və ianələr hesabına ayaqda qalır. ÜST üzv ölkələrin üzvlük haqları hər bir ölkənin əhalisi və sərvətinə uyğun olaraq hesablanır. Eləcə də, ayrı-ayrı şəxslərdən, xeyriyyə fondlarından və qeyri-hökumət təşkilatlarından yardımlar alır. Hazırda ÜST-nin ən böyük maliyyə donoru ABŞ-dır. Vaşinqtonun dəstəyi maliyyələşdirmənin demək olar ki, 15%-ni təşkil edir, Çin isə ikinci yerdədir. 2019-cu ildə ABŞ ÜST-ə təxminən 553 milyon dollar, Çin isə təxminən on dəfə az vəsait ayırıb.
Ənənəvi olaraq ən çox ödəniş edən ölkələr arasında Böyük Britaniya, Yaponiya və Almaniya da var. Təşkilatın illik büdcəsi 8 milyard dollardan artıqdır.
 

ÜST-dən narazılıq niyə artır?
Digər beynəlxalq təşkilatlar kimi ÜST da hər zaman ABŞ-ın və bu ölkədəki missionerlərin əlində alət olub. Qurum bu gün əsasən donorlarının sözü ilə oturub durur. Məsələn, ÜST-nın əsas sponsorlarından biri Vaksinasiya üzrə Qlobal Alyansdır. Adından da göründüyü kimi Alyans öz ətrafına vaksin istehsalçılarını toplayıb.

Maraqlıdır ki, ÜST hər gün yeni bir xəstəliyin və yaxud qripin peyda olmasının anonsunu verir. Üstəlik, qurum bu xəstəliklərdən qorunmaq üçün vaksinasiyanın vacibliyini vurğulayır. Hətta bütün imkanlı dövlətlər yeni vaksinlərin alınmasına vadar edilir. Beləcə, ÜST öz bəyanatları və fəaliyyətləri ilə vaksin istehsalçılarının dəyirmanına su tökür.

Daha bir maraqlı məqamsa ÜST-nın digər tərəfdaşı ilə bağlıdır.

Hazırda təşkilatın əsas sponsorlarından biri “Bill & Melinda Gates Fondu”dur.Tək bir faktı deyək ki, 2016-2017-ci illərdə Fond ÜST-ə 650 milyon dollar ianə edib. Bu isə ABŞ-dan sonra ÜST-na edilən ikinci ən böyük yardımdır.
Təsadüfi deyil ki, pandemiya dövründə ÜST-dən daha çox Bill Qeyts danışırdı. Daha doğrusu COVİD19-u amerikalı milyarder idarə edirdi. Əslində Trampın ÜST-ə qəzəbinin bir səbəbi də Qeytslə bağlı məsələdir. Çünki Qeyts demokratları dəstəkləyir və Co Baydenin 2020-ci ildə qələbəsində onun müstəsna xidməti olub. Ona görə də Trampın son qərarı daha çox ÜST-lə həm 2020-ci ildən yarımçıq qalan ədavətindən, həm də Qeytsə olan nifrətindən qaynaqlanır.
Üstəlik, Tramp təkcə ÜST-ə yox, həm də digər təşkilatlara yardımları dayandırmaq istəyindədir. Əgər bu cür yardımlar dayansa, o zaman ABŞ büdcəsi 2 trilyon dollara qənaət etmiş olacaq.  

Amma, yaxın bir ildə çox şey dəyişə bilər. Hətta Trampın məlum qərarı da...

Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Fevral 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see452

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see422

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see327

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see325

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see278

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see254

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see250

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see243

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see225

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see223

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see216

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see214

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see211

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see208

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see198

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see187

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see187

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see174

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri