Icma.az
close
up
RU
Tramp üsyan haqqında qanunu tətbiq etməyə hazırdır

Tramp üsyan haqqında qanunu tətbiq etməyə hazırdır

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, demokratların rəhbər olduqları şəhərlərdə cinayətin tüğyan etdiyini bildirən Amerika lideri onların ünvanına sərt bəyanatlar səsləndirib.
İllinoys ştatının hakimiyyət orqanları oktyabrın 6-da prezident Donald Trampın Çikaqoya Milli Qvardiya qoşunlarını göndərməsinə mane olmaq üçün məhkəməyə müraciət ediblər. Belə ki, demokratların rəhbərlik etdiyi ştatlar ilə respublikaçı administrasiya arasında qarşıdurma ölkənin üçüncü ən böyük şəhərində miqrasiyaya qarşı aqressiv əməliyyat fonunda kəskinləşib.
İddia hakimin Oreqon ştatının Portlend şəhərində Trampın mühafizəçilərinin yerləşdirilməsi qərarını bloklamasından bir neçə saat sonra qaldırılıb. İllinoys ştatında isə hakim prezidentin əmrini dərhal bloklamaqdan imtina edib.
Ağ Ev administrasiyası qeyri-qanuni miqrasiyaya qarşı mübarizə fonunda şəhərlərin “müharibə və qanunsuzluq” içində olduğunu iddia edir. Lakin İllinoys və Oreqon rəsmiləri hərbi müdaxilənin lazımsız olduğunu və federal müdaxilənin vəziyyəti daha da gərginləşdirdiyini bildirirlər.
Tramp niyə Los-Ancelesə Milli Qvardiyanı göndərib? | VİDEO İddiada qeyd olunur ki, “Prezident Trampın Çikaqo və İllinoysa qarşı uzun müddətdir elan etdiyi müharibədəki bu irəliləyişlər qanunsuz və təhlükəlidir”.
İllinoys ştatının qubernatoru Cey Bi Pritsker məhkəmə iclasının oktyabrın 9-na təyin olunduğunu açıqlayıb.
“Donald Tramp, bizim hərbçilərimizdən millətimizin şəhərlərini hərbiləşdirmək üçün qanunsuz səylərində siyasi dayaq və piyada kimi istifadə edir”, - Çikaqodakı demokratların lideri vurğulayıb.
Oktyabrın 6-da jurnalistlər qarşısında çıxış edən Donald Tramp, öz növbəsində, “lazım gələrsə”, xüsusən də məhkəmələr, əyalət və yerli hakimiyyət orqanları onun qoşun yeritmək planlarını gecikdirsə və ya əngəlləsə, Üsyan Aktını işə salmağa hazır olduğuna eyham vurub.
- Biz şəhərlərimizin təhlükəsiz olduğuna əminlik əldə etməliyik”, - ABŞ prezidenti diqqətə çatdırıb.
Xatırladaq ki, 1807-ci ildə qüvvəyə minmiş Üsyan Aktı prezidentə müəyyən şərtlər əsasında mülki hüquq-mühafizə funksiyalarını yerinə yetirmək üçün ABŞ ordusunu səfərbər etməyə icazə verir.
Sonuncu dəfə bu qanundan keçmiş prezident ata Corc Buş 1992-ci ildə Los-Ancelesdəki ölümcül iğtişaşları yatırtmaq üçün istifadə edib.
Yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp 10 gün əvvəl Vaşinqtonda törədilən qətllərdə təqsirləndirilən şəxslərə edam cəzasının tətbiq olunması haqqında sərəncam imzalayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri