Icma.az
close
up
RU
Tramp və Bayden hər ikisinin çox xoşbəxt olduğu görüşdə Ukrayna haqda nə danışdılar...

Tramp və Bayden hər ikisinin çox xoşbəxt olduğu görüşdə Ukrayna haqda nə danışdılar...

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hazırkı prezident Co Baydenin çox mehriban olduğunu  bildirib.

Çərşənbə günü, noyabrın 13-də ABŞ prezidenti Co Bayden Ağ Evdə iki saata yaxın davam edən söhbəti zamanı varisi Donald Trampdan Ukraynaya dəstək istəyib.

Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, "Reuters"-in yaydığı məlumata görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan danışıb.

"Bayden ABŞ-nin Ukraynaya davamlı dəstəyinin milli təhlükəsizlik maraqlarımıza uyğun olduğuna inandığını vurğuladı", - deyə müşavir bildirib.

Ağ Evin mətbuat katibi Karine Jan-Pyer görüşü "çox səmimi" və "inanılmaz dərəcədə məzmunlu" adlandıraraq, "ölkənin və dünyanın qarşısında duran mühüm milli təhlükəsizlik və daxili siyasət məsələlərini" müzakirə etdiklərini əlavə edib.

O həmçinin qeyd edib ki, yeni seçilmiş prezident Donald Tramp hazırkı prezident Co Bayden üçün “müfəssəl suallar siyahısı” hazırlayıb.

“The New York Post” qəzetinə şərhlərdə yeni seçilmiş prezident Donald Tramp deyib ki, o və prezident Bayden “hər ikisi bir-birini görməkdən çox xoşbəxt olublar” və əlavə edib ki, “həqiqətən yaxşı görüş oldu”.

Tramp qeyd edib ki, Baydenlə əvvəllər fikir ayrılığına düşdüyü iki məsələni müzakirə ediblər: Trampın vəzifəyə gəldikdən sonra, demək olar ki, dərhal bitəcəyini vəd etdiyi Ukrayna müharibəsi və Yaxın Şərqdə davam edən müharibə.

“Mən istədim -  onun fikirlərini öyrənmək istədim və o, mənə söylədi. Mən onun bizim vəziyyətimiz haqqında nə düşündüyünü bilmək istədim. O, mənə bunu da dedi. O, çox mehriban idi”, - deyə seçilmiş prezident qeyd edib.

Bundan əlavə, prezidentlər yanvarın 20-də hakimiyyətin keçidini müzakirə ediblər və Tramp əmin edib ki, bu, “çox rəvan” gedir və onun komandası ilə indiki Ağ Ev administrasiyası arasında “çox yaxşı münasibətlər” var.

Tramp, həmçinin Demokratların hazırkı prezidentin artıq iştirak edəcəyinə söz verdiyi andiçmə mərasimindən əvvəl Baydeni yenidən görməyə ümid etdiyini söyləyib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Ağ Evin Oval kabinetində yeni seçilmiş prezident Donald Trampla görüşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Noyabr 2024 07:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri