Tramp və Maska qarşı aksiyalar: ABŞ da 600 min insan küçələrə axışdı VİDEO
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-da Donald Tramp administrasiyasının siyasətinə və hökumətin fəaliyyətinin səmərəliliyini artırmaqla məşğul olan DOGE departamentinə nəzarət edən İlon Maska qarşı etiraz aksiyaları keçirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” televiziya kanalı məlumat yayıb.
Təşkilatçılar 50 ştatda 1400-dən çox aksiya keçirməyi planlaşdırırlar. “Hands off!” (“Əlinizi çəkin!”) şüarı altında keçirilən etirazlar fəalların “hakimiyyətin düşməncəsinə ələ keçirilməsi” adlandırdığı addımlara cavab olaraq təşkil olunur. Aksiyalar ştatların qanunverici orqanlarının, federal idarələrin, konqresmen ofislərinin və şəhər administrasiyalarının qarşısında keçirilir.
Etiraz aksiyalarında iştirak edənlərin dəqiq sayı açıqlanmasa da, “CNN”in məlumatına görə, təxminən 600 min insan aksiyalarda iştirak üçün qeydiyyatdan keçib.
Etirazçılar əsasən aşağıdakı tələbləri irəli sürürlər:
Milyarderlərin “hakimiyyəti ələ keçirməsinə” və Tramp administrasiyasındakı korrupsiyaya son qoyulması;
“Medicaid” və “Social Security” (səhiyyə və tibbi sığorta proqramları) üçün maliyyələşmənin davam etdirilməsi;
Miqrantlara və trans şəxslərə qarşı hücumların dayandırılması.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 05 Aprel 2025 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















