Icma.az
close
up
RU
Tramp və Netanyahunun gizli müharibə planı: İrana ABŞ yox, bu ölkə zərbə endirəcək

Tramp və Netanyahunun gizli müharibə planı: İrana ABŞ yox, bu ölkə zərbə endirəcək

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ mediası iddia edir ki, İranla davam edən nüvə danışıqlarında razılığa gəlinməsə, Tehrana Vaşinqton deyil, İsrail hücum edəcək.

Turkustan.az bildirir ki, bu məlumatlara görə, təxminən iki ay əvvəl ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında keçirilən gizli görüşdə ABŞ-ın Tel-Əvivin İranın ballistik raket infrastrukturuna qarşı potensial hücumlarında birbaşa iştirak etmədən yalnız hərbi və lojistik dəstək verəcəyi ssenariləri müzakirə olunub.

ABŞ və İran arasındakı gərginlik yeni bir hərbi və diplomatik prosesə təkan verərkən, pərdəarxası təmaslarla bağlı təəccüblü iddialar ortaya çıxıb.

“CBC News”a görə, Vaşinqtondakı planlaşdırma İrana hücum edib-etməməkdən daha çox ABŞ-ın İsraili necə dəstəkləyəcəyinə yönəlib. Təxminən iki ay əvvəl İsrailin baş naziri Binyamin Netanyahu ilə şəxsi görüşdə prezident Donald Tramp İranla razılaşma əldə edilməsə, ABŞ-ın Tehranın ballistik raket infrastrukturuna potensial İsrail hücumlarını dəstəkləyə biləcəyini, lakin öz hücumlarını başlatmayacağını bildirib.

Bu görüşdən sonra ABŞ hərbi və kəşfiyyat agentlikləri də potensial İsrail əməliyyatına necə töhfə vermək barədə planlar hazırlayıblar. Hava daşımaları, regional hava məkanından istifadə və lojistik dəstək kimi variantlar ətraflı müzakirə edilib.

İranın nüvə proqramları ilə bağlı tələblərinə cavab verməməsi halında mümkün hücuma hazırlıq məqsədilə Vaşinqton Yaxın Şərqdə görünməmiş şəkildə ABŞ hərbi qüvvələrini artırdığı üçün regionda artan gərginlik müşahidə olunur. Yanvarın 28-də ABŞ prezidenti Donald Tramp sosial mediada nəhəng bir "Armada"nın (ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus böyük bir dəniz qüvvəsi) İrana doğru irəlilədiyini elan edib.

Tramp, bu “Armada”nın "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisi ölçüsündə və Venesuelaya göndəriləndən daha böyük bir donanma olduğunu qeyd edərək, "(Donanma) Venesuelada olduğu kimi, lazım gələrsə, öz missiyasını sürətlə və güclü şəkildə yerinə yetirməyə hazırdır, istəklidir və qadirdir" deyib. Mərkəzi Komandanlığı (CENTCOM) həmçinin yanvarın 26-da “USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinin zərbə qrupunun "regional təhlükəsizlik və sabitliyi dəstəkləmək" üçün Yaxın Şərqə yerləşdirildiyini açıqlayıb./lent.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Fevral 2026 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see569

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see527

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see368

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see273

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see247

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see246

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see239

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see236

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see234

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see215

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see213

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see210

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see209

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see206

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see205

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see204

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see203

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see198

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri