Icma.az
close
up
RU
Tramp və Putin arasında kritik telefon danışığı: Gündəlikdə yeni mövzu var

Tramp və Putin arasında kritik telefon danışığı: Gündəlikdə yeni mövzu var

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında bir müddət öncə yeni telefon danışığı baş tutdu. Tramp sözügedən danışıqla bağlı bildirib ki, əsas müzakirə mövzularından biri İranın nüvə proqramı olub. Liderlər arasında Ukrayna məsələsi də əsas gündəm mövzularından biri kimi yer alıb.

Əslində İran məsələsinin Tramp-Putin danışığında önəmli yer tutması xüsusi diqqətə layiqdir. Sual yaranır: Bu mövzu niyə Rusiya ilə ABŞ liderlərinin dialoqunda prioritet məsələdir?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov bildirib ki, Tramp və Putin arasında baş tutan sonuncu telefon danışığı hazırkı məqam üçün olduqca əhəmiyyətlidir:

“Gözlənilən idi ki, danışıqların əsas mövzusu Rusiya–Ukrayna müharibəsi və sülh gündəliyi olacaq. Müharibə davam edir və son günlərdə müəyyən aktivlik də müşahidə olunur. Tramp isə bu münaqişəni dayandırmaq istəyir.

Artıq bir neçə raunddur ki, tərəflər arasında danışıqlar gedir. Lakin İstanbulda keçirilən sonuncu görüş, təəssüf ki, nəticəsiz qaldı. Tramp həmin görüşdə tərəfləri atəşkəsə razı sala bilmədi. Məhz buna görə də o, Putinlə birbaşa danışmaq istəyirdi. Telefon danışığında da əsas müzakirə sülh məsələsi ilə bağlı idi.


Əlimusa İbrahimov

Tramp yaxşı anlayır ki, əgər müharibənin qarşısını ala bilməsə, bu, onun seçki öncəsi verdiyi vədləri yerinə yetirə bilməməsi ilə nəticələnəcək. Bu isə həm daxili siyasi rəqibləri tərəfindən tənqid üçün fürsətə çevrilə bilər, həm də ABŞ-ın qlobal mövqeyinə mənfi təsir göstərə bilər.

Əgər Tramp Rusiya–Ukrayna müharibəsinin qarşısını ala bilməsə, bu, digər bölgələrdə də gərginliyin artmasına və ümumi olaraq qlobal sülh səylərinə ciddi zərbə vura bilər. Son zamanlar Trampın bu münaqişəyə olan diqqətinin bir qədər azaldığı da hiss olunur. Trampın Putinlə telefon danışığında gündəmə gətirdiyi ikinci mühüm məsələ isə İranın nüvə proqramı olub. O, Putinlə danışıq zamanı Rusiyanın İrana dəstəyi dayandırmasını istəyib. Bu, həm də Ukrayna müharibəsindən diqqəti başqa bir istiqamətə çəkmək üçün istifadə edilən alternativ mövzudur” .

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 İyun 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri