Icma.az
close
up
RU
Tramp və Putin eyni siyasət yürüdür: ABŞ ın mövqeyindəki 180 dərəcəlik dəyişikliyin SİRRİ KONKRET

Tramp və Putin eyni siyasət yürüdür: ABŞ ın mövqeyindəki 180 dərəcəlik dəyişikliyin SİRRİ KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Dünyanı gözləyən müharibə təhlükələri bütün bəşəriyyəti narahat edir. Böyük güclərin toqquşduğu müharibə meydanlarında yüz minlərlə insan həyatını itirib və ya şikəst olub. Üç ildir davam edən Ukrayna-Rusiya müharibəsində tərəflər hələ də razılığa gələ bilməyib və münaqişə nəticəsində minlərlə dinc insan ölüb. Yaxın Şərqdə İsrail-Fələstin qarşıdurması da, dünyanı narahat edən bölgələrdən hesab olunur. ABŞ-da seçkilərdən sonra hakimiyyətə gələn Donald Tramp seçki öncəsi verdiyi sözə əməl etmək niyyətindədir. Tramp bildirmişdi ki, hakimiyyətə gələn kimi  Rusiya-Ukrayna müharibəsinə son qoymağa çalışacaq. Eyni zamanda Moskvanı küncə sıxışdıran dünya birliyi Şimal qonşumuza tətbiq etdiyi sanksiyalarla Rusiyanı zəiflədəcəyini düşünürdü. Trampın hakimiyyətə gəlişi böyük ehtimalla bəzi riskləri aradan götürəcək. Artıq Rusiya və ABŞ prezidentlərinin telefon danışığı da baş tutub və iki saata yaxın davam edən telefon söhbətində tərəflər dünya nizamını müzakirə ediblər.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Xəyal Bəşirov bildirib ki, Donald Trampla Vladimir Putinin telefon danışığı bəzi mətləblərə aydınlıq gətirəcək:

“Xeyli müddət sonra ABŞ ilə Rusiya dövlət başçılarının ünsiyyətinin şahidi olduq. Bu, Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri ilk dialoq idi. Rusiyanın Ukraynaya hücumunmdan sonra Putin və ümumiyyətlə Rusiya rəsmləri arzuolunmaz şəxs hesab edilmiş, onlar beynəlxalq aləmdən  təcrid vəziyyətinə düşmüşdülər. Bu telefon danışığı bir çox məsələlərə aydınlıq gətirəcək. Donald Tramp da Putin kimi başqa dövlətlərə ərazi iddiaları irəli sürüb. Trampın Qrenlandiya, Kanada və  Panama iddiası Putinin siyasətinə bənzəyir. Amma bir məsələni diqqətdən qaçırmayaq ki, bu, Rusiya-Ukrayna müharibəsində daim Kiyevin yanında olan ABŞ-ın mövqeyində 180 dərəcəlik dəyişiklik deməkdir. Proses ondan xəbər verir ki, Tramp hakimiyyətə gələrkən verdiyi sözünün üstündə durur. Bu, onu göstərir ki, artıq Amerika Ukraynaya dəstək verməkdən yorulub. İndi onlar bu prosesi davam etdirmək istəmir. Rusiya-Ukrayna müharibəsində hər iki tərəf ciddi itkilərə məruz qalıb. Rusiya ilə Ukrayna arasında düşmənçilk yaranıb və təbii ki, burada hər hansı bir tərəfin qələbəsindən söhbət getmir”.

Daha sonra politoloq prezidentlərin bir-birilərini qarşılıqlı səfərlərə dəvət etməsindən danışıb:

“Bu, ona işarədir ki, ABŞ Rusiya ilə münasibətləri yumuşaltmaq niyyətindədir. Ən azından bu prosesi hazırki səviyyədə saxlamaq istəyi var. Daha sonrakı proseslər hadisələrin gedişatından aslı olacaq. Rusiya-Ukrayna müharibəsi bitəndən sonra tərəflərin siyasətində yenidən dəyişiklik ola bilər. Böyük ehtimalla bütün bunlar dünya düzəninə böyük təsir göstərəcək”.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Fevral 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri