Icma.az
close
up
RU
Tramp və Putinin Alyaskada gizli razılaşması Ukrayna xəritəsi dəyişir?

Tramp və Putinin Alyaskada gizli razılaşması Ukrayna xəritəsi dəyişir?

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynanın gələcəyi bu gün beynəlxalq gündəmin ən mühüm mövzusudur. Müharibənin uzanması fonunda Qərbdə müxtəlif ssenarilər müzakirə edilir: ABŞ-ın Ukraynanın müəyyən ərazilərini Rusiyaya faktiki olaraq təslim edəcəyi, Kiyevin isə kapitulyasiyaya məcbur ediləcəyi iddiaları səslənir.

Həqiqətənmi Qərb Ukraynanı güzəştə getməyə hazırlayır, yoxsa bu, diplomatik təzyiq alətidir?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Ukraynada ədalətli və dayanıqlı sülhün təmin edilməsi problemi həmişəkindən daha mürəkkəb və qaranlıqdır: Toyuqlu pizza

“Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın Alyaskada keçirdiyi görüşdən sonra Kremlin informasiya aparatı ədalətli yekun sülh üçün lazım olan addımlardan çəkinməyəcəyini göstərir. Bu o mənanı verir ki, Putin müharibənin Rusiyaya təqdim edə biləcəyi ideallardan əlini üzməyib.

Putinin Donetsk vilayətindən Ukrayna qoşunlarının çıxarılması, əvəzində isə cəbhənin Zaporojye və Odessadakı xətlərini dondurmaq təklifi də sülhün açarı deyil. Lakin bircə bilinən budur ki, Alyaska sammitindən çıxan ən aydın və ardıcıl tələb Rusiyanın Donetsk müqabilində Ukraynaya barmaqarası şans tanımasıdır. Bu da Putin mümkün razılaşmanın müharibənin “əsas səbəbləri”nin aradan qaldıracağına əmin olduqdan sonra baş verə bilər. Lakin bu, əhatəli sülh üçün kompromis sayılmır, əksinə Kremlin maksimalist ambisiyalarının təkrarlanmasına rəvac verən yanaşmanı göstərir.

Üstəlik, Rusiyanın irəli sürdüyü “müharibə üçün əsas səbəblər” geostrateji baxımdan mürəkkəb olduğundan Trampın sülh məqsədləri çətinləşir.

Buna görə də Ukraynadakı müharibənin taleyi indi daha çox Putin-Tramp sövdələşmələrindən və onun geosiyasi xüsusiyyətlərindən asılıdır. Bu, hər iki dövlətin – ABŞ və Rusiyanın strateji maraqlarını ifadə edən biznes naminə geosiyasi bazarlıq çərçivələrini əhatə edir. Burada ABŞ ilə Rusiyanın Yaxın Şərq, postsovet məkanı, o cümlədən Cənubi Qafqaz, Ukraynada geosiyasi nisbətlərini yenidən təyin etməsi çox şeyi deyəcək”.

Ekspert hesab edir ki, Vaşinqton birtərəfli yekun qələbəyə əsaslanan sülh tərəfdarı kimi çıxış etmir, hərçənd hazırda Ağ Evin tərəzisinin gözü Kremlin maraqlarına doğru əyilməkdədir:

“Bununla belə, Ağ Evin strategiyası Moskvanın maksimalist məqsədlərini cilovlamaqla Avropanı genişmiqyaslı hərbi təhdidlərdən qorumaq səylərinə söykənir. Donald Tramp bu niyyətlə Rusiya ilə daha geniş sövdələşmələrə işarə edir və Putin də bunu uğurla öz hekayəsi ilə uyğunlaşdırmağa cəhd edir.

Cəbhə xəttindəki vəziyyətə də nəzər salsaq deyə bilərik ki, Rusiyanın hərbi baxımdan ərazi nailiyyətləri yavaş tempdədir. Rusiya müharibə başlayandan bu yana Donetski tuta bilməyib və bu, 2014-cü ildən davam edən hərbi-siyasi kampaniyadakı uğursuzluqları göstərir. Lakin ortada bir fakt var – Rusiya qoşunları sürətindən asılı olmayaraq irəliləyir və Donetskin tamamilə tutulmasını prioritetləşdirir. Alyaska sammiti bu prioritetləri əlavə itki vermədən strukturlaşdırmaq üçün Putinə fürsət verir. Lakin Ukrayna qüvvələrinin Donetskin Rusiya tərəfindən tutulmamış ərazilərindən geri çəkilməsi Volodimir Zelenski üçün böyük məğlubiyyət olar. Çünki Donetskdən geri çəkilmə Ukraynanın Rusiyaya böyük strateji hərbi və siyasi güzəşt etməsi deməkdir. Başqa yandan, gələcəkdə Rusiyanın yeni hücumlar həyata keçirməyəcəyinə dair zəmanətlər yoxdur.

Digər aspekt isə budur ki, Ukraynanın Donetskdən çıxması, qoşunlarının Xarkovdakı arxa cəbhə təminatlarına böyük risklər yaradacaq və Rusiya ordusunun irəliləyişini asanlaşdıra bilər.

Buna görə də, Zelenski güzəşt etmək niyyətində deyil və o, Vaşinqtona Putinin addımlarının daha təhlükəli olduğunu Trampa izah etmək üçün yollanır. Onun sadəcə olaraq müvəqqəti atəşkəsə razılaşacağı ehtimal olunan versiyadır. Zelenski bunu özünün Trampın vasitəçiliyi ilə Putinlə mümkün görüşünə hazırlıq naminə göstərə bilər”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 Avqust 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri