Icma.az
close
up
RU
TRAMP VƏ Sİ NƏDƏ RAZILAŞDILAR? “Bu, möhtəşəm görüş idi”

TRAMP VƏ Sİ NƏDƏ RAZILAŞDILAR? “Bu, möhtəşəm görüş idi”

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin lideri Si Cinpin ilə əldə etdiyi yeni razılaşmaya əsasən, Pekin qanunsuz fentanil ticarətinə qarşı sərt mübarizə aparacaq, əvəzində ABŞ Çin mallarına tətbiq etdiyi ticarət tariflərini azaldacaq.

“AzPolitika” “Reuters” agentliyinə istinadla xəbər verir ki, razılaşma həmçinin ABŞ-nin Çindən soya idxalını bərpa etməsini və Çinin nadir torpaq elementlərinin ixracını davam etdirməsini nəzərdə tutur. Tramp və Sinin Busan şəhərində keçirilən görüşü 2019-cu ildən bəri iki lider arasında ilk üzbəüz danışıqlar olub. Görüş Trampın Asiya turunun yekun mərhələsində baş tutub. ABŞ Prezidenti tur çərçivəsində Cənubi Koreya, Yaponiya və Cənub-Şərqi Asiya ölkələri ilə də ticarət razılaşmaları imzalayıb.

“Bu, möhtəşəm görüş idi, mən onu 10 üzərindən 12 ilə qiymətləndirirəm”, – deyə Tramp Cənubi Koreyanı tərk edərkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, Çin mallarına tətbiq olunan ümumi tariflər 57%-dən 47%-ə endiriləcək, o cümlədən fentanil istehsalında istifadə edilən kimyəvi maddələrə tətbiq olunan tariflər yarıbayarı - 20%-dən 10%-ə azaldılacaq.

Tramp əlavə edib ki, Si Cinpin fentanil axınının qarşısını almaq üçün ciddi tədbirlər görməyə razılaşıb.

Qeyd edək ki, fentanil ABŞ-də aşırı dozadan ölüm hallarının əsas səbəbi olan sintetik opioid kimi tanınır.

Çin hökuməti isə bu ay nadir torpaq elementlərinin ixracına qoyulan məhdudiyyətləri bir il müddətinə dayandıracağını açıqlayıb. Bu elementlər avtomobil, təyyarə və silah istehsalı üçün həyati əhəmiyyət daşıyır və Pekin onları ABŞ ilə ticarət müharibəsində əsas təsir vasitəsi kimi istifadə edirdi. Bundan əlavə, tərəflər kənd təsərrüfatı ticarətinin genişləndirilməsi və TikTok-un ABŞ nəzarətinə verilməsi məsələlərinin həlli istiqamətində də razılığa gəliblər.

Trampın Si ilə görüşü Cənubi Koreya Prezidenti Li Cae Myonq ilə sammitdən dərhal sonra baş tutub. Lakin qlobal bazarların reaksiyası Trampın “möhtəşəm görüş” kimi təqdim etdiyi razılaşmaya nisbətən soyuq olub. Belə ki, Çinin Şanxay Kompozit İndeksi 10 illik maksimumdan enib, ABŞ soya fyuçersləri isə zəifləyib. Avstraliyalı iqtisadçı Besa Deda bildirib ki, “bazarların reaksiyası Trampın emosional tonuna nisbətən daha ehtiyatlı və ölçülüb-biçilmiş olub”.

ABŞ Senatında demokrat lider Çak Şumer isə Trampın bəyanatını sərt tənqid edib: “Tramp Çinə münasibətdə geri çəkildi”, – deyə o “X” platformasında yazıb.

Busan hərbi bazasında keçirilən görüş təxminən 1,5 saat davam edib. Si Cinpin Trampa deyib ki, iki ölkə arasında vaxtaşırı fikir ayrılıqları normaldır.

“Çinin inkişafı və dirçəlişi Trampın “Amerikanı yenidən böyük etmək” məqsədi ilə ziddiyyət təşkil etmir”, - Çin lideri vurğulayıb.

Liderlər həmçinin gəmiçilik sahəsində qarşılıqlı rüsumların dondurulması, ABŞ-Çin enerji əməkdaşlığının bərpası və Alyaskada 44 milyard dollarlıq LNG ixrac layihəsi üzrə əməkdaşlıq planlarını müzakirə ediblər.

Tramp bildirib ki, aprel ayında Çinə səfər edəcək, daha sonra isə Si Cinpini ABŞ-də qəbul etməyi planlaşdırır.

Maraqlıdır ki, görüş zamanı nə Tayvan məsələsi, nə də “Nvidia”nın süni intellekt çipləri müzakirə olunmayıb. Bu isə müşahidəçilər tərəfindən ABŞ-Çin münasibətlərinin son aylardakı gərginlikdən sonra normallaşmaya doğru yönəldiyinin göstəricisi kimi dəyərləndirilir.

Lakin analitiklər xəbərdarlıq edirlər ki, bu, hələ müvəqqəti atəşkəs sayıla bilər, çünki ticarət müharibəsinin əsas səbəbləri hələ də aradan qalxmayıb.

“Nvidia” şirkətinin rəhbəri Censen Xanq görüşdən sonra bildirib ki, ”Tramp və Si öz ölkələrinin maraqlarını qorumaqla bağlı səmərəli dialoq aparıblar”.

Tramp görüş başlamazdan bir neçə dəqiqə əvvəl 33 ildən sonra ABŞ-nin nüvə sınaqlarını bərpa etmək barədə göstəriş verib və bunu Rusiya və Çinin silahlanma proqramları ilə əsaslandırıb. Çin Xarici İşlər Nazirliyi isə cavabında bildirib ki, Vaşinqton nüvə sınaqlarına dair moratoriuma sadiq qalmalıdır.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Oktyabr 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri