Tramp və Zelenski arasında görüş: Putinlə bağlı mühüm açıqlama
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüşə başlayıblar. Qapalı görüşə keçməzdən əvvəl onlar jurnalistlərin suallarını cavablandırıblar.
Bu barədə meduza.io yazıb.
Jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, Zelenski ilə Rusiya ilə danışıqların gedişini, Ukraynada "Patriot" raketlərinin istehsalını, həmçinin Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələri müzakirə edəcək. Trampın yenidən vurğuladığına görə, bu zərbələr dünyada dizel yanacağının qiymətinin artmasına səbəb olur.
Zelenski Rusiya ilə müharibənin qışa qədər dayandırılacağına ümid etdiyini bildirib. O, daha əvvəl bunun mümkünlüyünə şübhə etdiyini açıqlamışdı. Tramp isə Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün Vladimir Putinlə yenidən görüşmək ehtimalını istisna etməyib.
Zelenski və Trampın görüşünün qapalı hissəsi hələ başa çatmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 23 Sentyabr 2026 07:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















