Icma.az
close
up
RU
Tramp və Zelenski dünən hansı məsələləri müzakirə ediblər?

Tramp və Zelenski dünən hansı məsələləri müzakirə ediblər?

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Dövlət Katibi Marko Rubio və Milli Təhlükəsizlik müşaviri Maykl Valtsın prezident Donald Tramp və Vladimir Zelenski arasında olan telefon danışığı ilə bağlı birgə bəyanat verib.

AzPost bildirir ki, bu barədə Ağ Evdən bildirilib.

“Prezidentlər Donald Tramp və Vladimir Zelenski arasında fantastik telefon danışığı olub. Prezident Zelenski prezident Trampa Ukrayna və Amerika komandalarının martın 11-də Ciddədə işinin məhsuldar başlamasına görə təşəkkür edib. Hər iki ölkənin yüksək rütbəli rəsmiləri arasında keçirilən görüş müharibənin dayandırılması istiqamətində mühüm irəliləyiş əldə edib.

Prezident Zelenski ABŞ-ın dəstəyinə, xüsusən də prezident Trampın ilk olaraq təqdim etdiyi Javelin raketlərinə və sülhə nail olmaq üçün göstərdiyi səylərə görə prezident Trampa təşəkkür edib. Liderlər razılaşıblar ki, Ukrayna və Amerika müharibəyə real son qoymaq üçün birgə işləməyə davam edəcəklər. Prezident Trampın rəhbərliyi altında davamlı sülhə nail olmaq olar.

Prezident Tramp prezident Zelenskiyə Rusiya prezidenti Vladimir Putinlə söhbəti və müzakirə olunan əsas məsələlər barədə tam məlumat verib. Onlar Kurskdakı vəziyyəti müzakirə edib və döyüş meydanında vəziyyətin inkişafı ilə bağlı hərbi qərargahları arasında yaxından məlumat mübadiləsi aparmağa razılaşıblar.

Prezident Zelenski mülki şəxslərin qorunması üçün əlavə hava hücumundan müdafiə sistemləri, xüsusən Patriot raket sistemlərini istəyib. Prezident Tramp bu istiqamətdə onunla işləməyə razılığını bildirib.

İki ölkə liderləri enerji məsələlərində qismən atəşkəsə razılaşıblar. Yaxın günlərdə texniki qruplar atəşkəsin Qara dənizə qədər uzadılmasını müzakirə etmək üçün Səudiyyə Ərəbistanında bir araya gələcək. Onlar razılaşdılar ki, bu, müharibəni tamamilə bitirmək və təhlükəsizliyi təmin etmək üçün ilk addım ola bilər. Prezident Zelenski bu səylərdə göstərdiyi liderliyə görə prezidentə təşəkkür edib və tam atəşkəsə sadiqliyini bir daha təsdiqləyib.

Prezident Tramp Ukraynada elektrik enerjisi təchizatı və atom elektrik stansiyaları məsələlərini də müzakirə edib. Onun sözlərinə görə, ABŞ elektrik enerjisi və kommunal xidmətlər sahəsində təcrübəsi ilə bu zavodların idarə olunmasında böyük kömək edə bilər. Amerikanın bu stansiyalara sahib olması bu infrastruktur üçün ən yaxşı müdafiə və Ukraynanın enerji infrastrukturuna dəstək olardı.

Prezident Zelenski həmçinin hərbi əsirlərin mübadiləsi də daxil olmaqla humanitar məsələlərin irəliləyişini davam etdirdiyinə görə prezident Trampa təşəkkür edib. O, yenicə uğurlu mübadilənin baş tutduğunu qeyd edib və ölkə başçısına rəhbərliyinə görə təşəkkür edib.

Prezident Tramp həmçinin prezident Zelenskidən Ukraynada müharibə zamanı itkin düşən, o cümlədən oğurlanan uşaqlarla bağlı sual verib. Prezident Tramp bu uşaqların evə qayıtmasını təmin etmək üçün hər iki tərəflə sıx əməkdaşlıq edəcəyinə söz verib.

Onlar razılaşıblar ki, bütün tərəflər atəşkəsi təmin etmək üçün səylərini davam etdirməlidirlər. Prezidentlər öz müşavirlərinin və nümayəndələrinin, xüsusilə dövlət katibi Rubionun, milli təhlükəsizlik üzrə müşaviri Valsın, xüsusi elçi Kelloqun və başqalarının müsbət işini qeyd ediblər. Prezidentlər vurğuladılar ki, gələcək görüşlərdə komandalar davamlı sülh və təhlükəsizliyə doğru irəliləyişin bütün zəruri aspektləri barədə razılığa gələ bilərlər.

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://azpost.info
archiveBu xəbər 20 Mart 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri