Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Tramp və Zelenski görüşür Müharibənin taleyi dəyişəcək?

Tramp və Zelenski görüşür Müharibənin taleyi dəyişəcək?

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ prezidenti Donalt Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacağını, daha sonra isə müharibə ilə bağlı qərar qəbul edəcəyini açıqlayıb. Bəs Tramp həqiqətən də, Ukrayna və Rusiya arasında sülhü təmin edə bilər?

Politoloq Yusif Bağırzadə Metbuat.az-a açıqlamasında bildirib ki, görüşdə əsasən Ukraynaya "Tomahawk" tipli raketlərin verilib-verilməməsi ilə bağlı qərar qəbul ediləcək:

"Bildiyiniz kimi, yaxınlarda "Ramştayn" formatında 31-ci görüş Brüsseldə keçirildi. Bu toplantı, Ukraynanın dostlarının, yəni Avropa İttifaqına daxil olan ölkələrin, eləcə də digər dövlətlərin, o cümlədən Böyük Britaniyanın və Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mark Rubionun iştirakı ilə baş tutdu. Görüşdə qərara alındı ki, Rusiya–Ukrayna müharibəsi ilə bağlı Rusiyaya qarşı sanksiyalar davam etdiriləcək və Ukraynaya hərbi, maddi-texniki yardımın fasiləsiz şəkildə göstərilməsi təmin olunacaq. Mark Rubio bəyan etdi ki, ABŞ bundan sonra da Ukraynaya hərbi kəşfiyyat məlumatlarını ötürməyə davam edəcək. Bundan əlavə, ayın 17-də Vaşinqtonda, Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə Donald Trumpın görüşü planlaşdırılıb. Tramp bu görüşlə bağlı bildirib ki, Rusiya–Ukrayna müharibəsinin vəziyyəti müzakirə olunacaq və Ukraynaya "Tomahawk" tipli raketlərin verilib-verilməməsi ilə bağlı qərar qəbul ediləcək. Gözlənilir ki, Ukraynaya 20–50 ədəd Tomahawk raketi veriləcək. Qeyd edək ki, ABŞ-da təqribən 451 belə raket var. Həmçinin bu raketlər Almaniya, Polşa və bir neçə digər Avropa ölkəsində də mövcuddur. Euronews kanalının məlumatına görə, artıq Hollandiya iki yerüstü qurğunu Ukraynaya göndərmək üçün yola salıb. Onlar yaxın günlərdə Polşa sərhədini keçərək Ukraynaya çatdırılacaq. Beynəlxalq analitiklər bildirirlər ki, bu, hazırda Rusiyaya təzyiq formasıdır. Çünki 17-si Tramp və Zelenskinin görüşündə Ukrayna tərəfi bu raketlərin istifadəsi ilə bağlı ətraflı müzakirələr aparacaq".

Politoloqun sözlərinə görə, Almaniyanın hərbi kəşfiyyat rəhbəri üç il ərzində Rusiyanın Avropa dövlətlərinə hücumunun gözlənildiyini bəyan edib:

"Yəni söhbət 2029-cu ildən gedir. Həmin vaxta qədər Tramp böyük ehtimalla prezident olmayacaq. Onun prezidentliyi dövründə Rusiya tərəfindən Avropaya hücum ehtimalı az hesab olunur. Rusiya tərəfi isə ABŞ tərəfindən Ukraynaya Tomahawk raketlərinin verilməsindən narahatlığını ifadə edib. Raketlərin mənzil məsafəsi təxminən 2 500 km, dəyəri isə 2-4 milyon dollar arasında dəyişir. Moskva bəyan edib ki, bu addım Tramp–Putin Alyaska görüşündə əldə olunmuş razılaşmaları sıfıra endirə bilər. Xatırladaq ki, Vladimir Putin və Donald Tramp arasında keçirilmiş görüşdə bir neçə məsələ müzakirə olunmuşdu. Əsas müzakirə mövzusu 2026-cı ilin fevralında müddəti başa çatacaq Strateji Silahların Azaldılması Müqaviləsinin (START) uzadılıb-uzadılmaması idi. Həmçinin Şimal Dəniz yolunun birgə istismarı kimi məsələlər də gündəmdə idi".

Y.Bağırzadə qeyd edib ki, ABŞ-ın hazırkı strategiyası isə Ukraynaya kiçik həcmdə raketlər verməklə Rusiyanın reaksiyasını ölçməkdir:

"Əgər Rusiya sülh danışıqlarına getməsə, ikinci mərhələdə daha böyük sayda raketlərin göndərilməsi istisna olunmur. Yəni bu qərar həm təzyiq aləti kimi, həm də mümkün danışıqlar üçün vasitə kimi nəzərdə tutulub. Mənim fikrimcə, yaxınlarda Türkiyə prezidenti Ərdoğanın və Ukrayna Prezidentinin, yaxud Ukrayna nümayəndə heyətinin görüşü baş tutacaq".

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 16 Oktyabr 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri