Tramp və Zelenskinin bu gün Davosda görüşü baş tutacaq
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bu gün Davosda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirəcək.
"Report" xəbər verir ki, o bu barədə Davos İqtisadi Forumunda çıxışı zamanı deyib.
Trampın sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi başa çatmalıdır. O, bu müharibənin bitməsinə nail olmaq niyyətində olduğunu vurğulayıb.
"Mən bu müharibəni dayandırmaq istəyirəm. Bu, gənc insanların öldüyü dəhşətli bir müharibədir", - o bildirib.
Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar apardığını qeyd edib və onun sözlərinə görə, Putin razılaşma bağlamaq istəyir. Amerika liderinin qiymətləndirməsinə görə, Ukrayna Prezidenti də oxşar hazırlıq nümayiş etdirir.
"Mən Prezident Zelenski ilə danışıqlar aparıram və düşünürəm ki, o da razılaşma bağlamaq istəyir", - o deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 21 Yanvar 2026 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















