Tramp Venesuela ilə diplomatik əlaqələrin kəsilməsini əmr edib
Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Venesuela ilə diplomatik əlaqələri kəsərək Nikolas Maduro hökuməti ilə bütün danışıqların dayandırılmasını əmr edib.
Missiya.Az xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ administrasiyasının rəsmisi məlumat yayıb.
Onun sözlərinə görə, 6 oktyabr 2025-ci ildə Donald Tramp Venesuela ilə diplomatik razılaşma əldə etmək cəhdlərini dayandırmaq qərarına gəlib.
Bildirilib ki, Ağ Ev rəhbərinin bu qərarı 2019-cu ildə diplomatik əlaqələri kəsdikdən sonra gərgin olaraq qalan ABŞ və Venesuela arasında münasibətlərdə yeni mərhələyə işarə edir.
Qeyd edək ki, Maduro dəfələrlə ABŞ-nin onu hakimiyyətdən uzaqlaşdırmağa çalışdığını bəyan edib, Vaşinqtonu ölkədə “marionet rejim” qurmaqda və onun neft, qaz və qızıl da daxil olmaqla ehtiyatlarına nəzarət etmək cəhdində ittiham edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 07 Oktyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















