Tramp: Venesuela neft gəlirləri ilə yalnız ABŞ məhsullarını alacaq
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Venesuela yalnız ABŞ-nin Karakasla bağladığı müqavilə çərçivəsində satdığı neftdən əldə etdiyi gəlirlə Amerika məhsullarını alacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerika prezidenti Donald Tramp özünün "Truth" sosial şəbəkəsində bildirib. O qeyd edib :
"Mənə yeni məlumat verildi ki, Venesuela yeni neft müqaviləmizdən əldə edilən pulla yalnız ABŞ-də istehsal olunan məhsulları alacaq. Bu məhsullara Amerika kənd təsərrüfatı məhsulları, Amerika dərmanları, tibbi avadanlıqlar, elektrik şəbəkəsi və enerji infrastrukturunu təkmilləşdirmək üçün materiallar daxil olacaq".
D.Tramp müvəqqəti Venesuela rəsmilərinin ABŞ-a 30 ilə 50 milyon barelə qədər neft təhvil verəcəyinə zəmanət verərək, əlavə edib: "Bu neft bazar qiymətləri ilə satılacaq və pul mənim tərəfimdən idarə olunacaq".
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 08 Yanvar 2026 08:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















