Icma.az
close
up
RU
Tramp Venesuela neftinə ƏL QOYDU 100 illik istismar!

Tramp Venesuela neftinə ƏL QOYDU 100 illik istismar!

Icma.az bildirir, Sia Az portalına istinadən.

Mətləb Salahov: "Venesuelanın neft ehtiyatlarının ABŞ-ın nəzarətinə verilməsini nəzərdə tutan 100 illik müqavilə açıq şəkildə iqtisadi istismar sənədidir"

"Əvvəla ondan başlayaq ki, ABŞ dövlət başçısı Donald Tramp artıq bütün beynəlxalq hüquq normalarını bir kənara atıb, digər bir suveren dövlətin təbii sərvətlərini nümayişkaranə şəkildə mənimsəmək presedenti yaratdı. Əslində bu mənfi presedent Venesuela prezidenti Nikolas Maduro gecənin bir aləmi yatağından oğurlanıb, başına çuval keçirilib gecə ikən ABŞ-a gətiriləndə yaranmışdı. Bu, beynəlxalq hüquq üçün, dünya düzəni üçün olduqca təhlükəli bir adətin əsası kimi tarixdə qaldı.

Bu hadisənin beynəlxalq hüquq baxımından qiymətləndirilməsi dünya düzənindəki acınacaqlı vəziyyətin gerçək üzünü də ortaya qoydu. "Kim güclüdür, hər şeydə haqlıdır" kimi qorxulu presedent beynəlxalq münasibətlər sistemi üçün daha dərin normativ problem kimi üzə çıxdı. BMT Nizamnaməsinin əsas prinsiplərinə görə, dövlətlərin ərazi toxunulmazlığı, siyasi müstəqilliyi və gücdən istifadənin qadağan olunması beynəlxalq nizamın təməl sütunlarıdır. Əlbəttə, yalnız kağız üzərində!".

Bu fikirləri SİA-ya açıqlamasında araşdırmaçı jurnalist Mətləb Salahov bildirib. O qeyd edib ki, əlbəttə, Ağ Ev rəhbərinin davası N.Maduro ilə deyildi. Guya bu ölkədən narkotik qaçaqmalçılığının Amerika ölkəsi üçün yaratdığı təhlükəyə görə ABŞ rəhbərliyi Venesuelaya müdaxilə etdi. Əslində dünyada ağlı başında olan hər kəsə aydındır ki, D.Tramp Administrasiyası Venesuelanın zəngin neft qaynaqları və digər milli sərvətlərinə əl qoymaq üçün bu ölkədə əməliyyat keçirdi. İndi isə məlum olur ki, Vaşinqton administrasiyasının təzyiqi ilə Venesuela ilə neft ehtiyatlarının ABŞ-ın nəzarətinə verilməsini nəzərdə tutan müqavilənin imzalanması açıq şəkildə iqtisadi istismar sənədidir: "Bu, Trampın da açıqladığı kimi, dünya tarixində ən böyük neft müqaviləsidir. Diqqət edin: bu müqavilə yuxarıda qeyd etdiyimiz maraqların artıq hüquqi baxımdan sənədləşdirilməsi prosesidir.

Üstəlik bu sövdələşmə Vaşinqtonun "North American Blue Energy Partners" özəl şirkətində birbaşa pay almasını nəzərdə tutur ki, bu şirkətə də ölkə ehtiyatlarının beşdə birini təşkil edən təxminən 65 milyard barel ehtiyata malik 17 Venesuela neft yatağı üzərində yüzillik hüquqlar veriləcək - 100 illik hüquq!
Hazırkı Ağ Ev rəhbərliyinin digər bir Cənubi Amerika dövlətinin təbii sərvətlərini bu şəkildə istismar etməsi, həm də yüz illərdir ABŞ-ın elan etdiyi demokratik dövlət ənənələrinin lazımsız kağız parçası kimi tarixin zibilliyinə atılması və əvəzində imperiyanın iqtisadi maraqları üçün digələrlərinin sərvətlərinin qamarlanması deməkdir", - deyə M.Salahov bildirib.

Afət Tahirqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Avqust 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri