“Tramp Venesuelada narkotik kartellərinə hücum etməyi düşünür” − CNN
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“ABŞ Prezidenti Donald Tramp Venesuelada narkotik kartellərinə zərbə endirmək variantını nəzərdən keçirir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN ABŞ administrasiyasının planları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Ağ Ev hesab edir ki, bu cür hərəkətlər Venesuela Prezidenti Nikolas Maduronu zəiflətməyə yönəlmiş daha geniş strategiyanın bir hissəsi kimi faydalı olacaq.
Mənbələr qeyd edir ki, ABŞ-nin sentyabrın 2-də Venesuelanın gəmisinə endirdiyi zərbə, regionu narkotik ticarətindən təmizləmək və Maduronu hakimiyyətdən potensial olaraq uzaqlaşdırmaq üçün daha böyük səylərin yalnız başlanğıcı idi.
Sentyabrın 5-də jurnalistlərin Venesuelada hakimiyyət dəyişikliyini görmək istəyib-istəmədiyi sualına Tramp belə cavab verib:
“Biz bunu müzakirə etmirik. Amma biz görmüşük ki, Venesuelada “yumşaq desək”, çox qəribə seçkilər olub”.
Xatırladaq ki, son həftələrdə ABŞ Karib hövzəsinə əhəmiyyətli hərbi qüvvələr yerləşdirdi ki, bu da Ağ Ev rəsmilərinin fikrincə, Maduroya siqnal rolunu oynamalı idi. CNN qeyd edir ki, “Tomahawk” raketləri, hücum sualtı qayığı, bir neçə təyyarə, dörd mindən çox dənizçi və dəniz piyadası ilə təchiz olunmuş gəmilər hazırda Venesuela sahillərində yerləşir.
Bu mövzuda digər xəbərlər:CNN: Tramp Venesuelada narkotik kartellərinə zərbə endirməyi düşünür
25 Oktyabr 2025 01:33
Venesuelada xeyli kubalı öldürüldü Tramp
06 Yanvar 2026 20:20
“Hizbullah” Venesuelada narkotik KONKRET
24 Dekabr 2025 21:05
Tramp Venesuelanın narkotik kartellərinə hücuma hazırlaşır
30 Sentyabr 2025 19:56
Tramp: Venesuelada hökumət dəyişikliyi müzakirə olunmur
06 Sentyabr 2025 06:20
Baxış sayı:103
Bu xəbər 06 Sentyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















