Tramp Venesuelanın neft fondlarına nəzarəti ələ alıb
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Venesueladan alınan vəsaitlərin xərclənməsinə şəxsən nəzarət edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Semafor” Ağ Ev administrasiyasının rəsmi nümayəndəsinə istinadla məlumat yayıb. Bildirilir ki, hazırkı hökumət Vaşinqtonla tam əməkdaşlıq etdiyi üçün ilkin neft satışından əldə edilən bütün gəlirlər Venesuelaya köçürüləcək. Lakin ABŞ-da hər hansı vəsaitin saxlanılıb-saxlanılmayacağı məlum deyil. Satışlardan əldə edilən gəlirin qlobal səviyyədə tanınmış banklarda ABŞ-ın nəzarətində olan hesablara yatırılacağı qeyd olunur.
Ağ Evin mətbuat katibi Teylor Rocers bildirib ki, "Trampın əsas məsləhətçiləri Venesuelaya misli görünməmiş investisiyalar yatırmaq istəyən neft şirkətləri ilə davamlı konstruktiv müzakirələr aparırlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 22 Yanvar 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















