Icma.az
close
up
RU
“Tramp verdiyi sözü tutmadı”

“Tramp verdiyi sözü tutmadı”

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"ABŞ təəssüf ki, bölgəmizlə bağlı yanlış hesablama aparır. Bu bölgənin tarixini və dəyərlərini göz ardı edən yanaşma olmamalıdır”.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziya və Pakistan səfərlərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zamanı deyib.

Bu bölgədə əzab-əziyyət yoxdur kimi davranmaq ABŞ-yə heç bir fayda verməyəcək. Sionistlərin yalanlarına inanmaq bu bölgənin yarasına qan tökməkdən başqa bir iş görməyəcək. İsrail üçün öz maraqlarından vacib heç nə yoxdur. Tarixə baxın, hətta onlar üçün dövlət quran ölkələrlə də ixtilafda olublar”, - deyə siyasətçi vurğulayıb.

Ərdoğan qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın seçkidən əvvəl verdiyi vədi yerinə yetirməsini gözləyirik.

“O, sülh qurmaq üçün addımlar atmalıdır. Qəzzada vəziyyət həqiqətən də son dərəcə incə və mürəkkəbdir. Bu məsələnin ədalətli həlli axtarışları həmişə ön planda olmalıdır. Fələstin xalqını qorumaq və ədalətli həll yolu tapmaq baxımından ədalətli yanaşma bizim üçün çox vacibdir. Türkiyə hər zaman Fələstinin hüquqlarını müdafiə edib və beynəlxalq arenada bu məsələyə diqqət çəkib. Türkiyənin atəşkəslə bağlı səylərini inkar etmək olmaz. Qəzzada soyqırıma son qoymaq və davamlı sülhə nail olmaq üçün bütün ölkələr əməkdaşlıq etməli və sağlam düşüncə ilə hərəkət etməlidir. Davamlı sülhə nail olmaq üçün beynəlxalq ictimaiyyətin, xüsusən də böyük dövlətlərin konstruktiv mövqe nümayiş etdirməsi çox vacibdir”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Fələstin xalqının Qəzzadan qovulması qəbuledilməzdir:

“Heç bir müsəlman ölkəsinin qəbul etməyəcəyi bu plan Qəzza və Fələstin xalqının hüquqlarını heçə sayır. Bu cür yanaşma uzunmüddətli davamlı sülhün bərqərar olmasına kömək etmir, əksinə, münaqişələri alovlandırır. Bütün bu yaraların sağalması 1967-ci il sərhədlərinə əsaslanan müstəqil Fələstin Dövlətinin mövcudluğunu qəbul etməklə mümkündür. Əsl sülh ancaq hər iki tərəfin hüquqlarının tanındığı, bərabərlik və ədalətin təmin olunduğu təməl üzərində qurula bilər. Biz bu təməl üzərində qurulacaq istənilən sülhyönümlü strategiyanın tərəfdaşı olacağıq”, - deyə Ərdoğan əlavə edib.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://missiya.az
archiveBu xəbər 14 Fevral 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see286

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see276

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see273

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see238

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see233

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see232

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see228

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see226

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see223

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see211

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see205

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see204

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see203

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see195

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see192

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see192

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see188

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see187

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see182

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri