Icma.az
close
up
RU

Tramp vəzifəyə başlamazdan əvvəl 3 ölkəni açıq şəkildə hədələyib: Yanvarın 20də imzalayacam

Icma.az, Gununsesi saytına istinadən bildirir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp prezident vəzifəsinə keçdikdən sonra Meksika və Kanadadan gələn bütün məhsullara 25 faiz, Çindən gələn məhsullara isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.

Gununsesi.info  “Milliyet” -ə istinadən xəbər verir ki, Tramp özünün “Truth Social” sosial media platformasında verdiyi açıqlamada sərhəd təhlükəsizliyini təmin etmək və ölkəyə narkotik, xüsusilə də fentanil ixracının qarşısını almaq üçün Meksika, Kanada və Çinə tətbiq edəcəyi tarifləri paylaşıb.

Minlərlə insanın Meksika və Kanadadan keçərək indiyədək heç vaxt görülməmiş səviyyədə ölkəyə “cinayət və narkotik” gətirdiyinə diqqət çəkən Tramp, Meksikadan gələn və minlərlə insandan ibarət bir “karvanın” hal-hazırda açıq olan ABŞ sərhədindən keçməyi qarşısıalınmaz olduğunu bildirib.

Tramp, “Yanvarın 20-də verdiyim ilk sərəncamlardan biri olaraq, Meksika və Kanadadan ABŞ-yə gələn bütün məhsullara 25 faiz rüsum tətbiq etmək üçün bütün lazımi sənədləri imzalayacağam. Bu tarifə fentanil başda olmaqla,  narkotiklər də daxil olacaq. Bütün qeyri-qanuni yaşayan əcnəbilərin ölkəmizi işğal etməsini dayandırana qədər qüvvədə qalacaq” deyib.

Tramp ABŞ-yə göndərilən külli miqdarda narkotik, xüsusilə fentanillə bağlı Çinlə bir çox danışıqlar apardığına diqqət çəkərək deyib:

“Çinli nümayəndələr mənə dedilər ki, bu işlə məşğul olan narkotik alverçilərinə qarşı ən yüksək cəzanı, edam cəzasını tətbiq edəcəklər, lakin təəssüf ki, onlar bunu etmədilər və narkotiklər ölkəmizə əvvəllər heç vaxt görünməmiş dərəcədə əsasən də, Meksika vasitəsilə axın etdi. Buna son qoyulana qədər, Çindən ABŞ – yə gələn bütün məhsullara 10 faiz əlavə gömrük rüsumu tətbiq edəcəyik”.

Günel Həsənova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Noyabr 2024 07:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri