Icma.az
close
up
RU
Tramp vuracağam deyir, İran körfəzi minalamaqla hədələyir Artan təhdidlər nə vəd edir?

Tramp vuracağam deyir, İran körfəzi minalamaqla hədələyir Artan təhdidlər nə vəd edir?

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp bəzi mülayim davranışların ardınca İranı hərbi zərbələrlə hədələyib.

O, Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi nəhəng armadanın İran istiqamətində hərəkət etdiyini bildirib.

Tramp Tehranın tez bir zamanda danışıqlar masasına qayıtmalı olduğunu vurğulayaraq, əks halda daha sərt hərbi əməliyyatların həyata keçiriləcəyini bəyan edib.

Bu fonda ABŞ Senatında çıxış edən dövlət katibi Marko Rubio Vaşinqtonun İrana qarşı qabaqlayıcı hərbi əməliyyat variantını nəzərdən keçirdiyini və Yaxın Şərqdə hərbi qüvvələrin artırılacağını açıqlayıb.

SEPAH isə Amerikaya cavab verərək ABŞ administrasiyasını daxili işləri ilə mübarizə aparmağa çağırıb və əks halda qarşı tərəfin daha çox tabut əldə edəcəyini bildirib.

Bu arada, Avropa İttifaqı ölkələri SEPAH-ı terror təşkilatı kimi tanımaq qərarını dəstəkləyib, Almaniya kansleri Fridrix Merts İran hakimiyyətinin legitimliyini itirdiyini deyib.

Bu isə Birləşmiş Ştatlarla İran arasındakı qarşıdurmanın yeni mərhələyə qədəm qoyması kimi qiymətləndirilir.

BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, ABŞ bir neçə gün ərzində İranı vurmağa hazırlaşır:

Tramp vuracağam deyir, İran körfəzi minalamaqla hədələyir - Artan təhdidlər nə vəd edir?

"Əgər Tehranla son dəqiqə razılaşması əldə olunmasa və Prezident Donald Tramp ABŞ qüvvələrinə hücum əmri vermək qərarına gəlsə, o zaman mümkün nəticələrin nə olacağı həs kəsi düşündürür. ABŞ-nin hədəfi məqsədli zərbələr, minimal mülki itkilər və demokratiyaya keçiddir.

Ssenarilərdən biri budur ki, rejim sağ qalır, lakin öz siyasətini mülayimləşdirir. Bunu geniş mənada "Venesuela modeli" də adlandırırlar: ABŞ-nin sürətli, güclü hərəkəti rejimi saxlayır, lakin onun siyasəti mülayim şəkildə dəyişdirilir. İranın indiki vəziyyətində bu, çoxlu sayda ölkə vətəndaşlarını qane etməyəcək, çünki onlar bunu deyil, dünyaya tam açılmağı istəyirlər. İslam Respublikasının rəhbərliyi 47 ildir ki, itaətkar və dəyişikliyə qarşı müqavimət göstərib. Camaat kursu dəyişmək istəyir, rejim isə bu əzmdə deyil. Etirazların indiyədək rejimi devirə bilməməsinin isə bir neçə səbəbi var. Əsas səbəb hakimiyyətdə qalmaq üçün qəddarlıqdan istifadə etməyə hazır olmasıdır".

Onun sözlərinə görə, İran ABŞ-nin istənilən hücumuna cavab verəcəyini vəd edib və "barmağının tətikdə olduğunu" deyib:

"2019-cu ildə İraqda İranın dəstəklədiyi qüvvələr tərəfindən "Saudi Aramco" neft-kimya obyektlərinə dağıdıcı raket və dron hücumu səudiyyəlilərin onlara qarşı nə qədər həssas olduqlarını göstərdi. İranın körfəzdəki ərəb qonşuları, ABŞ-nin bütün müttəfiqləri Birləşmiş Ştatların hər hansı bir hərbi hərəkətinin onlara problemlər yaradacağından təşvişlidirlər. İran isə öz növbəsində körfəzdə minalar yerləşdirməklə hədələyir. İran və Oman arasındakı dar Hörmüz boğazı kritik boğulma nöqtəsidir. Dünyanın maye təbii qaz (LNG) ixracının təxminən 20%-i, neft və neft məhsullarının 20-25%-i hər il bu boğazdan keçir. İran dəniz minalarının sürətlə yerləşdirilməsi üzrə təlimlər keçirib. Əgər bunu işə salsa, istər-istəməz dünya ticarətinə və neft qiymətlərinə təsir göstərəcək. İranın dəniz donanmasının ekipajları təlimlərinin çox hissəsini qeyri-ənənəvi və ya asimmetrik müharibəyə yönəldib. Onlar əsas rəqibləri olan ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının texniki üstünlüklərini aradan qaldırmaq və ya yan keçmək yollarını axtarırlar. ABŞ hərbi gəmisinin batması və ekipajı arasında sağ qalanların mümkün ələ keçirilməsi ABŞ üçün istənilməyən ssenari olar".

"Digər ssenari odur ki, rejim dağılır, yerini xaos alır. Bu, çox real təhlükədir və Qətər, Səudiyyə Ərəbistanı kimi qonşuları narahat edən əsas məsələlərdən biridir. Suriya, Yəmən və Liviyada yaşanan vətəndaş müharibəsi ehtimalı ilə yanaşı, xaos və çaşqınlıqda etnik gərginliyin silahlı münaqişəyə sıçraması riski də var, çünki kürdlər, bəluclar və digər azlıqlar ümummilli hakimiyyət boşluğunda öz xalqlarını qorumağa çalışırlar. Proseslərin hara doğru getdiyi dəqiq deyil. Lakin indi ən böyük təhlükə odur ki, Prezident Tramp böyük qüvvəni İran sərhədlərinə yaxın ərazidə toplayıb və heç bir aydın nəticəsi olmayan, gözlənilməz və potensial zərərli təsirlərlə dolu müharibə başlada bilər" - deyə, Ş.Həsənova fikrini tamamlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 Yanvar 2026 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri