Icma.az
close
up
RU
Tramp Xameneyinin öldürülməsinə icazə verməyib VİDEO

Tramp Xameneyinin öldürülməsinə icazə verməyib VİDEO

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, amerikalı məmurlara istinad edən “Reuters” agentliyinin yazdığına görə, İsrail ABŞ-ni Xamneyini aradan götürmək imkanları barədə xəbərdar edib. Lakin Amerika vətəndaşlarına qarşı birbaşa hücumun olmamadığını əsas gətirən Donald Tramp bu ssenarini dəstəkləməyib.
“İranlılar artıq amerikalı öldürüblərmi? Xeyr. Onlar bunu etmətyənə qədər biz siyasi rəhbərliyi təqib etməkdən belə danışmırıq", - məlumatda deyilir.
Mənbələr İsrailin nüvə proqramını dayandırmaq məqsədilə iyunun 13-nə keçən gecə İrana kütləvi hücuma başlamasından sonra ABŞ rəsmilərinin İsrail rəsmiləri ilə daimi əlaqə saxladığını bildirib. Onların iddiasına görə, israillilər İranın ali liderini öldürmək variantının olduğunu bildiriblər, lakin Tramp bu planı rədd edib.
- Heç vaxt baş verməyən söhbətlərlə bağlı çoxlu yalan məlumatlar var və mən bunun təfərrüatına varmaq fikrində deyiləm. Amma mən sizə deyə bilərəm ki, biz etməli olduğumuzu edirik və edəcəyik. Vaşinqton isə, məncə, Birləşmiş Ştatlar üçün nəyin yaxşı olduğunu bilir”, - İsrailin baş naziri Binyamin Netanyahu “Fox News” telekanalının Trampın “vetosu” ilə bağlı məlumatı şərh edib.
Onun sözlərinə görə, İsrailin hərbi hücumları nəticəsində İranda rejim dəyişikliyi baş verə bilər və İsrail Tehranın yaratdığı “ekzistensial təhlükəni” aradan qaldırmaq üçün əlindən gələni edəcək.
İsrailin hərbi rəsmilərindən biri “Reuters” agentliyinə bildirib ki, hazırkı kampaniyanın məqsədi İranda rejim dəyişikliyi yox, Tehranın nüvə və raket proqramlarını sıradan çıxarmaq və “bizi məhv etmək” imkanlarını aradan qaldırmaqdır.
Tehran nüvə silahından imtina etməyə hazırdır | VİDEO İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi isə, Əli Xameneyinin öldürülməsi ilə bağlı “Trampın vetosu” məlumatını “yalan xəbərlər ölkəsindən gələn yalan” adlandırıb: “Biz xahiş etməmişik və etmirik. Amerikalılar öz maraqlarına uyğun qərar qəbul edirlər”.
Qeyd edək ki, İsrailin Tehrana zərbələr endirməsindən sonra mənbələr istinad edən KİV-lər Ayətullah Xameneyinin və onun ailəsinin Əfqanıstanla sərhəd yaxınlığındakı bunkerə köçürüldüyünü xəbər verir.
Bəzi media resursları isə, İran rəhbərliyinin ölkədən təcili təxliyyə olunması barədə Rusiya ilə danışıqlar apardığını yazır.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İranın nüvə və hərbi obyektlərinə zərbələr endirməklə “Am Kelavi (Aslan kimi millət)” əməliyyatına başlayıb. Hücumlar nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də yüksək rütbəli hərbçiləri hədəfə alıb.
Elə həmin axşam İslam İnqilabı Keşikçiləri Korpusu “Əsl vəd 3” əməliyyatının başladığını elan edərək İsrailə raket zərbələri endirib. Tehran İsrailin hərbi infrastrukturuna, o cümlədən hava bazalarına və digər strateji obyektlərə irimiqyaslı zərbələr endirəcəyini vəd edib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 İyun 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri