Tramp xəbərdarlıq edib: İran ABŞ la razılaşma üzrə danışıqları uzatdığına görə bədəl ödəyəcək
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
İran özünə sərf edən razılaşma üzrə danışıqları həddindən artıq uzatdı, bunun bədəlini ödəyəcəklər.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
“Onlar özləri üçün çox sərfəli ola biləcək razılaşma üzrə danışıqları həddindən artıq uzatdılar, indi isə bunun bədəlini ödəməli olacaqlar”, - Tramp bildirib.
ABŞ lideri İranın hərbi qüvvə kimi artıq məhv edildiyini qeyd edib.
“İran ordusu tamamilə və bütövlükdə darmadağın vəziyyətdədir. Onun böyük hissəsi, məsələn donanması və hava qüvvələri artıq faktiki olaraq mövcud deyil — onlar tam məğlub ediliblər. İran yalnız danışır, amma heç bir əməl göstərmir. Yaxın Şərqin “xuliqanı” məhv olub”, - o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:İran ABŞ la danışıqları uzatmasının hesabını ödəyəcək
10 İyun 2026 15:58
İran əlverişli razılaşmadan imtina etdiyinə görə bədəl ödəyəcək Tramp
10 İyun 2026 15:31
Tramp: Mənə nəsə olsa, İran ağır bədəl ödəyəcək
10 İyul 2026 20:20
Razılaşma olmasa, bir çox insan böyük bədəl ödəyəcək Tramp
21 Oktyabr 2025 09:17
Tramp: İran öldürülən hər amerikalı əsgərə görə ağır bədəl ödəyəcək
20 İyul 2026 21:38
Baxış sayı:190
Bu xəbər 10 İyun 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















