Tramp Yaxın Şərq səfərindən əvvəl çox vacib bir mövzuda açıqlama verməyi vəd edib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ prezidenti Donald Tramp mayın 8-də və ya 9-da çox vacib mövzuda mühüm və müsbət bəyanat verəcəyini vəd edib.
APA xəbər verir ki, o, bunu Ağ Evdə Kanadanın baş naziri Mark Karni ilə görüşün əvvəlində jurnalistlərə bildirib.
Gələn həftə Yaxın Şərqə işgüzar səfər planlaşdırdığını xatırladan Tramp bunları deyib: "Düşünürəm ki, bundan əvvəl çox, həm də çox böyük bir açıqlama verəcəyik. Bu, çox müsbətdir. Bu elan ya cümə axşamı, ya cümə, ya da bazar ertəsi biz getməzdən əvvəl veriləcək. Bu, uzun illər ərzində mühüm mövzuda edilən ən mühüm elanlardan biri olacaq."
Qeyd edək ki, Tramp mayın 13-dən 16-dək Yaxın Şərqə səfər edəcək və bu müddət ərzində Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 06 May 2025 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















