Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Tramp Yaxın Şərqdəki geosiyasi oyununu dəyişdirdi ŞƏRH

Tramp Yaxın Şərqdəki geosiyasi oyununu dəyişdirdi ŞƏRH

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Donald Tramp administrasiyasının Suriyaya qarşı sanksiyaları ləğv etməsi ABŞ-nin Yaxın Şərq siyasətindəki fundamental dəyişikliyin göstəricisidir. Bu addım Vaşinqtonun uzun illər boyu həyata keçirdiyi “rejim dəyişikliyi” və “izolyasiya” siyasətindən, praqmatik “mənafeçilik” və “regional tərəfdaşlıq” siyasətinə keçidini əks etdirir. Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra yeni müvəqqəti hökumət başçısı Əhməd əş-Şaraa ilə əlaqələrin qurulması və sanksiyaların ləğv edilməsi Trampın ikinci prezidentlik dövrünün ən əhəmiyyətli xarici siyasət dönüşlərindən biridir. Bu qərar yalnız Suriya ilə bağlı deyil, həm də Yaxın Şərqdə daha geniş geosiyasi yenidənqurma prosesinin tərkib hissəsidir və ABŞ-nin Çin rəqabəti fonunda regional müttəfiqlərlə iqtisadi əlaqələri gücləndirmək, İran təsirinə qarşı durmaq və regionda hərtərəfli sülh arxitekturası yaratmaq məqsədlərini əks etdirir".

Bu fikirləri Redaktor.az-a politoloq Tural İsmayılov ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaların ləğvini nəzərdə tutan sərəncam imzalanmasından danışarkən bildirdi.

"Tramp 2025-ci il mayın 13-də Səudiyyə Ərəbistanına səfəri zamanı Suriyaya qarşı sanksiyaların ləğv ediləcəyini elan edərək bildirdi: “Sanksiyalar qəddar və əzici idi və o vaxt vacib funksiya yerinə yetirdi, lakin indi onların parlaqlıq göstərməsi vaxtıdır.” Bu açıqlama Vaşinqtonun Yaxın Şərq siyasətinin praqmatizmə doğru dönüşünün açıq təzahürüdür. 30 iyunda Tramp Suriyaya qarşı sanksiyalarının ləğv edilməsini nəzərdə tutan icraedici əmr imzaladı və bu əmrlə Suriyaya yönəlmiş altı əsas icraedici əmr ləğv olundu. O cümlədən, Sezar Qanunu ilə bağlı məcburi sanksiyalar dayandırıldı. Xəzinədarlıq Departamenti GL 25 ümumi lisenziyası verərək, Suriya hökuməti, mərkəzi bankı və dövlət müəssisələri ilə əməliyyatlara icazə verdi, bu da xarici investorların ölkəyə qayıtmasına şərait yaratdı", - deyə o qeyd etdi. 

Siyasi şərhçinin sözlərinə görə, strategiya dəyişikliyinin arxasında bir neçə əsas amil durur:

"Birincisi, Əsəd rejiminin süqutu regionda qüvvələr balansını köklü şəkildə dəyişdi və İranın təsir mexanizmlərini zəiflətdi. Suriyanın İran üçün Hizbullaha gedən əsas tranzit yol olduğu nəzərə alınarsa, bu dəyişiklik İranın “Müqavimət Oxu”na ciddi zərbə vurdu. İkincisi, Tramp administrasiyası iqtisadi alətləri ənənəvi diplomatiya və hərbi müdaxilədən daha effektiv hesab edir, bu yanaşma isə onun “Amerika əvvəl” strategiyasının tərkib hissəsidir. Üçüncüsü, Səudiyyə Ərəbistanının regionda sabitlik yaratmaq məqsədi ilə Suriyaya yardım göstərmək istəyi və Məhəmməd bin Salmanın vasitəçilik fəaliyyəti Trampı bu qərara təkan verib. Suriya “məhəllənin ortasında bir sıra evi” kimi qiymətləndirilir. Əgər orada problem olarsa, bütün bölgə təsirlənir. Livan, İordaniya, Türkiyə və İsrail.

Dördüncüsü, terrorçuluqla mübarizə missiyası əsasən başa çatıb və İŞİD-in məhv edilməsi Vaşinqtonun regiondan çəkilmə prosesinin əsasını qoyur. Tramp administrasiyasının 2025-ci il Milli Təhlükəsizlik Strategiyasında açıq şəkildə bildirilir ki, “Yaxın Şərqin Amerikanın xarici siyasətində həm uzunmüddətli planlaşdırmada, həm də gündəlik icrada dominant mövqe tutduğu günlər artıq keçmişdə qalıb”. Bu, izolyasionizm deyil, daha çox prioritetlərin dəyişməsidir; ABŞ diqqətini Çin rəqabətinə yönəldir və Yaxın Şərqdə regional tərəfdaşların “yük paylaşması” (burden-sharing) prinsipinə əsaslanaraq öz məsuliyyətlərini artırmasını gözləyir. Suriya kontekstində isə strategiya “Amerika, ərəb, İsrail və Türkiyə dəstəyi ilə Suriyanın sabitləşərək regionda inteqral və müsbət oyunçu kimi öz layiqli yerini tutacağını” vurğulayır. Lakin bu sanksiyaların ləğvi bəzi məhdudiyyətlər və şərtlər çərçivəsində həyata keçirilir".

Müsahibimizin fikrincə, Əsəd və onun əlbir adamları, insan haqları pozuntuları törədənlər, narkotik alveri ilə məşğul olanlar, kimyəvi silah fəaliyyətləri ilə əlaqəli şəxslər, İŞİD və Əl-Qaidə filialları, eləcə də İran və onun vəkilləri sanksiyalar altında qalmağa davam edir:

"ABŞ dövlət katibi Sezar Qanununa əsasən, hər 180 gündən bir Suriyadakı vəziyyəti yenidən nəzərdən keçirəcək və əgər müəyyən şərtlər yerinə yetirilmirsə, sanksiyalar yenidən tətbiq oluna bilər. Bu şərtlərə İŞİD-lə mübarizə, xarici döyüşçülərin hökumət orqanlarından çıxarılması, dini və etnik azlıqların hüquqlarının qorunması kimi məqamlar daxildir. Bu qərarın iqtisadi nəticələri də əhəmiyyətlidir. Dünya Bankının hesablamalarına görə, Suriyanın yenidən qurulması 216 milyard dollar məbləğində investisiya tələb edir. Sanksiyaların ləğvi Suriyanın beynəlxalq aktivlərinin dondurulmasının aradan qalxmasına, tikinti, enerji və ticarət sektorlarına xarici bizneslərin qayıtmasına, Dəməşqin qlobal maliyyə sistemlərinə və kreditlərə çıxışının bərpasına imkan yaradır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı sanksiyaların ləğv edilməsinin 400 minə yaxın qaçqınınLivanadan Suriyaya geri dönməsinə təkan verə biləcəyini bildirir. Ümumilikdə, Əsədin devrilməsindən sonra 1 milyondan çox qaçqın və 2 milyona yaxın daxili köçkün öz evlərinə qayıdıb".

Tural İsmayılovun sözlərinə görə, Trampın Suriya sanksiyalarını ləğv etməsi ABŞ-nin Yaxın Şərq siyasətində ideoloji yanaşmadan praqmatik və iqtisadiyyat əsaslı strategiyaya keçidini simvolizə edir:

"Bu dönüş regionda Amerikan hərbi iştirakının azaldılması, regional müttəfiqlərin məsuliyyətinin artırılması və Çin rəqabətinə fokuslanma fonunda baş verir. Suriya ABŞ-nin yeni siyasətində sınaq meydanına çevrilir və əgər Dəməşq sabitlik və inkişaf yolu tutarsa, bu model Yaxın Şərqin digər problemli zonalarına da tətbiq edilə bilər. Lakin bu strategiyanın uğuru, Suriyanın yeni liderlərinin konkret addımlar atıb-atmayacağından, İranın regiondakı fəaliyyətinin necə məhdudlaşdırılacağından və İsrail-Suriya normallaşmasının mümkünlüyündən asılıdır".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see338

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see320

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see315

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see298

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see294

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see291

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see282

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see274

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see263

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see258

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see247

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see245

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see241

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see237

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see230

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see221

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see219

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see216

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see215

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri