Icma.az
close
up
RU
Tramp Yaxln Şərqdə yeni siyasi mühit yaratmağa çalışır

Tramp Yaxln Şərqdə yeni siyasi mühit yaratmağa çalışır

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


ABŞ Prezidenti Tramp, bəyanatları və baş verənlərə yönəlik eyhamlı münasibətləri ilə Yaxın Şərqdə yeni siyasi mühit yaratmağa çalışır.Əslində siyasi reallıqları nəzərə almadan atılan bu addımlar, sağlam düşüncəyə və məntiqə uyğun olmadığına görə,sonda müvəffəqiyyət qazana bilməyəcək. Əksinə Trampın Yaxın Şərqlə bağlı siyasəti, dünyaya özüylə bir çox problemlər gətirə bilər.Bu bir çox sahələrdə özünü göstərəcək. Xüsusilə də İsrail və İran arasında müharibə davam etdiyi müddətdə bölgədə siyasi böhran yaşanacaq və bundan da ən çox region dövlətləri nəsibini ala bilər.Tramp, hakimiyyətə gələr-gəlməz yürütdüyü mövcud siyasəti, əslində sağlam təfəkkürə söykənmədiyi açıq şəkildə ortadadır. Bu səbəbdən ABŞ öz maraqlarını təmin etmək üçün hər şeyə əl atır desək yanılmarıq və bunu beynəlxalq hüquqa tüpürərək həyata keçirir. Bu hər keçən gün daha da şiddətli şəkildə təsirini göstərir. Belə xaotik mühitin yaradılması ilə ABŞ, dünyanı hər kəs üçün həbsxanaya çevirməklə məşğuldur və sanki, insanların şüurunda,,dünyanın axırı,, kimi çirkin təəssürat yaratmağa çalışırlar. İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamaq kimi istəyinin də arxasında ABŞ dayanıb və İranı danışıqlar masasında sındırmaq, özünə tabe etmək niyyəti açıq görünür. İrana iqtisadi sahələrində istifadə üçün belə uranın zənginləşdirilməsinə razılıq verməyən ABŞ, nəhayət İsrail vasitəsilə hərbi müdaxilə etməklə bunu İrana qarşı tətbiq etməyə çalışır.İran hər keçən gün zəifləməkdədir və ölkə siyasi baxımdan xaosa doğru yuvarlanmaqdadır. Belə nümunə özüylə pis tendensiya gətirməklə yanaşı həmçinin, beynəlxalq hüquqa ziddir.İranın vurulması əslində Çinin və Rusiyanın bu məkanda,regiona olan geosiyasi funksiyalarını zəiflətmək məqsədi ilə də öz təsirini göstərməkdədir.Sabah İranda siyasi hakimiyyət dəyişikliyi baş verdiyi halda, ABŞ bu fürsəti əldən buraxarmı? Regionda uzun illərin siyasəti nəticəsində həyata keçirilən və keçirilməsi gözlənilən beynəlxalq layihələr və onlara xərclənən vəsaitlər sual altına girməklə yanaşı, geosiyasi və geoiqtisadi maraqları üçün bölgəyə ayaq açan yeni oyunçulara da meydanın verilməsi qaçılmazdır və bundan dolayı yeni problemlər və hətta konfliktlər belə sabitliyi əvəz edə bilər.İranın süqutu qaçılmaz kimi görünür.Parçalanma ehtimalı da yox deyil.Çin və Rusiyanın susqunluğu və İranın ,,Türkiyə,,sinin olmaması bunu deməyə, bizə əsas verir.
Çingiz Şahbazi, siyasi ekspert
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 İyun 2025 01:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri