Tramp yenə Baydeni hədəf aldı: İmzaları özü atmayıb
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp sosial media platforması Truth Social-da verdiyi açıqlamada sələfi Co Baydeni hədəf alıb.
Turkustan.az xəbər verir ki, Baydenin bir çox insan, o cümlədən 6 yanvar Kapitola hücumunu araşdıran Seçmə Komitəsinin üzvləri üçün əfv fərmanı verdiyini xatırladan Tramp, bu qərarların etibarsız olduğunu bildirib: "Çünki bunlar Autopen (avtomatik imza cihazı) ilə edilib. Başqa sözlə, Co Bayden bunları imzalamayıb. Daha da önəmlisi, onun bunlardan xəbəri yox idi"
Sözügedən əfv qərarlarının Baydenə açıqlanmadığını və ya onun tərəfindən təsdiqlənmədiyini vurğulayan Tramp: "Onun bunlardan xəbəri yox idi və bu işləri görən adamlar mümkün cinayət törətmiş ola bilər. Ona görə də cadugər ovu zamanı əldə edilən bütün sübutları yox edən və silən "Seçilməmiş Komitə" üzvlərinin mənə və bir çox başqa illər boyu günahsız insanlara qarşı təhqiqatın çox yüksək səviyyədə olduğunu başa düşməlidirlər"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 17 Mart 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















