Icma.az
close
up
RU
TRAMP YENƏ FİKRİNİ DƏYİŞDİ “Onların döyüşməsinə imkanı vermək lazımdır”

TRAMP YENƏ FİKRİNİ DƏYİŞDİ “Onların döyüşməsinə imkanı vermək lazımdır”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Donald Trampın Ukraynaya “Tomoqavk” raketləri verib-verməyəcəyi qərarı dünya gündəmində ən çox müzakirə olunan mövzulardan olsa da, ABŞ Prezidenti yenə də bununla bağlı qəti qərar verməkdən yayınır.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, öz təyyarəsində jurnalistlərə açıqalnma verən ABŞ Prezidenti hələlik Ukraynaya uzun mənzilli “Tomaqavk” raketləri verməyi düşünmədiyini deyib.

Jurnalistlər Trampdan onun administrasiyasının Ukraynaya sözügedən raketləri verməyi düşünüb-düşünmədiyini soruşublar. Tramp cavabında "Xeyr, ən azından indi yox" deyib. Lakin o qeyd edib ki, "fikrini dəyişə bilər", amma hələlik cavabı "xeyr"dir.

Ağ Ev rəhbəri həmçinin deyib ki, onun fikrində “Rusiya üçün son damla" deyilən bir şey yoxdur: "Son damla olmayacaq. Bəzən hər iki tərəfin döyüşməsinə icazə verməlisən. Və onlar döyüşürlər. Bu, Putin üçün çətin bir müharibədir. O, çoxlu əsgər itirib, bəlkə də bir milyon. Amma döyüşlər Ukrayna üçün də çətindir".

Bundan əlavə, Amerika lideri dondurulmuş Rusiya aktivlərinin mümkün müsadirəsi ilə bağlı müzakirələrdə iştirak etmədiyini bildirib.

Qeyd edək ki, oktyabrın əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı Tramp Kiyevə “Tomaqavk” raketləri verməməyi üstün tutduğunu deyib, çünki onlar ABŞ-nin özünü müdafiə etməsi üçün lazımdır. Lakin 31 oktyabrda CNN öz mənbələrinə istinadla bildirib ki, Pentaqon Amerikanın raket ehtiyatlarının kifayət edəcək qədər olduğunu qiymətləndirdikdən sonra bu raketlərin Kiyevə çatdırılmasının mümkünküyünü təsdiqləyib. Kanal raketlərin Ukraynaya verilməsi üçün yalnız ABŞ Prezidentinin siyasi qərarının lazım olduğunu bildirib. Pentaqonun belə bir nəticə ilə çıxış etməsi bir növ Trampın qəti qərar verməyə təhrik edilməsi kimi görünür. Bu da ABŞ administrasiyasında “Tomaqavk”-ların Ukraynaya verilməsi üçün Trampa təzyiqlər olduğunun göstəricisi hesab edilir.

Bu arada Rusiya təbliğat kanalları Trampın tərəddüdlərinə baxmayaraq, ABŞ-nin tez, ya gec Ukraynaya “Tomaqavk” raketlərini verəcəyini bildirirlər. Ukraynalı şərhçilərsə bu raketlərin döyüş meydanındakı vəziyyətə həlledici təsir göstərməsə də, Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün effektli olacağını qeyd edirlər. Lakin bunun üçün həm raketlərin, həm də onların buraxılış vasitələrinin sayının çox olmasəı lazımdır.

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Noyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see294

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see243

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see227

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see208

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see201

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see196

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see190

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see181

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see179

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see171

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see167

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see164

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see150

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see147

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see146

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see146

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see145

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri