Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vaşinqton, 1 yanvar, AZƏRTAC
“Mən ölkəmizə gələn cinayətkarların burada olan cinayətkarlardan dəfələrlə pis olduğunu deyəndə bu bəyanat Demokratlar və saxta xəbərlər mediası tərəfindən daim təkzib edildi, lakin bunun həqiqət olduğu ortaya çıxdı”.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Yeni Orleanda baş vermiş hücumla bağlı deyərək, hadisədə Prezident Cozef Baydenin dövründə ölkədə qanunsuz miqrasiya siyasətini günahlandırb.
“Ölkəmizdə cinayət dərəcəsi indiyədək görünməmiş səviyyədədir. Ürəyimiz bütün günahsız qurbanlar və onların yaxınları, o cümlədən Yeni Orlean polisinin cəsur zabitlərinin yanındadır. Tramp administrasiyası bu qəddarlıq aktından sonrakı bərpa prosesində və hadisənin araşdırılmasında Yeni Orlean şəhərinin rəhbərliyini tam dəstəkləyəcək”, - deyə yeni prezident əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 01 Yanvar 2025 22:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















