Icma.az
close
up
RU
Tramp: “Yeni rəhbərlik danışmaq istəyir, amma çox gecikdilər...”

Tramp: “Yeni rəhbərlik danışmaq istəyir, amma çox gecikdilər...”

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Yaxın Şərqdə hərbi gərginlik diplomatik bəyanatlarla paralel şəkildə davam edir. ABŞ və İran arasında həm döyüş əməliyyatları, həm də mümkün danışıqlar prosesi eyni vaxtda gündəmdədir.

İran ABŞ-ın atəşkəs təklifini rədd edib

Ynet nəşrinin yaydığı məlumata görə, ABŞ əməliyyatların başlanmasından bir gün sonra vasitəçi – ehtimal ki, İtaliya üzərindən – İrana atəşkəs təklif edib. Lakin Tehran bu təklifi qəti şəkildə rədd edib.

Musavat.com bildirir ki, bu məlumatı nəşrə danışan amerikalı rəsmi təsdiqləyib. Bununla da aydın olur ki, hərbi əməliyyatların ilk mərhələsində Vaşinqton diplomatik çıxış yolu axtarsa da, İran tərəfi geri addım atmayıb.

Bu qərar regionda eskalasiyanın davam edə biləcəyini göstərir.

Tramp: “Onlar danışmaq istəyirlər, mən də razıyam”

ABŞ prezidenti Donald Tramp isə fərqli ton seçib. O, The Atlantic jurnalına müsahibəsində bildirib ki, İranda formalaşan yeni rəhbərlik Vaşinqtonla danışıqlara hazırdır.

“Onlar danışmaq istəyirlər və mən razılaşdım ki, danışaq. Danışıqlar olacaq. Bunu əvvəllər etməli idilər. Çox praktik və asan həll yolu vardı. Sadəcə, çox gecikdilər”, – deyə Tramp bildirib.

Jurnalistin “Bu gün, yoxsa sabah danışıq olacaq?” sualına prezident konkret cavab verməyib:

“Bunu sizə deyə bilmərəm”.

Tramp həmçinin qeyd edib ki, son həftələrdə ABŞ-la təmasda olan iranlı danışıqlarçılardan bəziləri artıq həyatda deyil. Onun sözlərinə görə, endirilən zərbə “böyük və çox böyük zərbə” olub.

Bu açıqlama göstərir ki, hərbi əməliyyatların intensivliyi danışıqlar masasında iştirak edən şəxslərin taleyinə də təsir edib.

“Rəhbərliyin başının kəsilməsi” ssenarisi

Prezident Donald Trump NBC News-a müsahibəsində mümkün nəticələrdən danışarkən İran rəhbərliyinin dəyişdirilməsi variantını da istisna etməyib.

O, mümkün ssenariləri sadalayaraq bildirib:

“Çoxlu yaxşı variant var. Birincisi – onların başını kəsmək, bütün qatillər və quldurlardan ibarət qrupu aradan qaldırmaqdır. Qısa yol və ya daha uzun yol var. Belə əməliyyatlarda itkilər gözləniləndir. Bizim üç itkimiz var idi və bunu anlayırdıq. Amma nəticədə bu, dünya üçün sərfəli razılaşma olacaq”.

Tramp eyni zamanda təsdiqləyib ki, İran rəsmiləri danışıqların davamında maraqlıdırlar. Lakin Vaşinqtonun diplomatik səylər zamanı zərbələri dayandırıb-dayandırmayacağı sualına belə cavab verib:

“Bilmirəm. Əgər bizi qane edə bilsələr. Hələ ki, edə bilməyiblər”.

Hərbi təzyiq və diplomatiya paralel gedir

Mövcud vəziyyət göstərir ki, ABŞ tərəfi hərbi təzyiqi maksimum həddə çatdırmaqla paralel olaraq diplomatik kanal da açıq saxlayır. İran isə ilkin mərhələdə atəşkəsi rədd etsə də, danışıqlara maraq göstərdiyi barədə mesajlar verilir.

Beləliklə, qarşıdakı günlərdə iki əsas ssenari ön plana çıxır:

1. Hərbi əməliyyatların genişlənməsi və rəhbərlik səviyyəsində dəyişiklik cəhdləri;
2. Güclü hərbi zərbələr fonunda sərt şərtlərlə masaya oturmaq.

Region üçün isə əsas sual dəyişmir: bu proses lokal qarşıdurma olaraq qalacaq, yoxsa daha geniş geosiyasi böhrana çevriləcək? /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Mart 2026 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri