Tramp yenidən İranı körpülərə və elektrik stansiyalarına zərbələr endirməklə hədələyib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 3 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Tehran razılığa gəlmədiyi təqdirdə, İrandakı körpüləri və elektrik stansiyalarını vurmaqla hədələyib.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə “Truth” sosial şəbəkəsindəki hesabında yazıb: “Dünyanın ən böyük və ən güclü (indiyədək!) ordumuz İranda qalanları məhv etməyə belə başlamayıb. Növbəti hədəflər körpülər, daha sonra isə elektrik stansiyalarıdır”.
O əlavə edib ki, İranın yeni rəhbərliyi “nə etməli olduğunu bilir və bunu tez bir zamanda etməlidir”.
Bir gün əvvəl Tramp həmvətənlərinə müraciətində bildirmişdi ki, əgər Tehran mübahisəli məsələlərin həlli üçün Vaşinqtonla razılığa gəlməkdən imtina edərsə, İranın enerji infrastrukturu obyektlərinə zərbələr endirməyə hazırdır.
Baxış sayı:105
Bu xəbər 03 Aprel 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















