Tramp yenidən İranı QORXUYA SALDI: Bu siyasətindən əl çəkməlidir
Icma.az, Publika.az portalına istinadən məlumat yayır.
"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evdəki ilk müddətində yürütdüyü İran siyasətindən əl çəkməlidir".
Publika.az “İnterfaks”a istinadla xəbər verir ki, bunu İranın strateji məsələlər üzrə vitse-prezidenti Cavad Zərif bildirib.
Onun sözlərinə görə, bu, Trampın 2016-cı il seçkilərində qalib gəldikdən sonra həyata keçirməyə başladığı İrana qarşı “maksimum” təzyiq siyasətinə aiddir. Zərif əlavə edib ki, bu qəbildən olan hərəkətlər Tehranı uranın zənginləşdirilməsini intensivləşdirməyə gətirib çıxarıb.
Bir gün əvvəl “The Wall Street Journal” (WSJ) mənbələrinə istinadla xəbər vermişdi ki, Tramp vəzifəyə gəldikdən sonra İrana, xüsusən də neft sənayesinə qarşı sanksiyaları kəskin şəkildə sərtləşdirəcək.
Nəşr Tramp prezident kimi ilk dövründə Tehranla iqtisadi sanksiyaların ləğvi müqabilində Tehranın nüvə proqramını məhdudlaşdırmaq məqsədi daşıyan Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan altı dövlətin iştirak etdiyi sazişdən necə çıxdığını xatırladıb.
Qəzetin Ağ Evdəki mənbələri Trampın İranla bağlı siyasətini davam etdirəcəyinə inanırlar.
Tramp daha əvvəl seçkilərdə qalib gələcəyi təqdirdə müharibələrə başlamayacağına söz vermişdi.
Hüseyn İbadllı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 09 Noyabr 2024 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















